Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nun qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç bağlı fikirlərini bildirib:
- Çox güclü komandaya qarşı oynayacağıq. “Atletiko” öz gücünü bizə Bakıda göstərdi. Həddən artıq istəkli komandadı. Bizim üçün çox çətin olacaq. Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Rəqib haqda nə isə fikir bildirməyə ehtiyac yoxdu. Bu cür komanda ilə belə stadionda oynamaq bizim üçün böyük təcrübədi.
- Heyətdə bir neçə itki var. Sabahkı oyunda hansı nəticəyə ümid edirsiniz?
- Bəli, çox ciddi problemlərimiz var. Rəqibin açıqlamasından da bəllidi ki, sabahkı oyuna final görüşü kimi baxırlar. Hansı nəticə qazana bilərik? İlk növbədə düzgün oyun qurub, rəqibin hücumlarının qarşısını almağa çalışacağıq. Daha sonra isə özümüz hücum qurmağa səy göstərəcəyik. Planlaşdırdığımız alınsa, istədiyimiz oyunu sərgiləyə bilsək, inşallah, yaxşı nəticə də olacaq.
- Pedro Enrike sabah oynaya biləcək, ya yox?
- Bunu indi deyə bilmərəm, sabah həkimlərlə söhbətləşib, dəqiq biləcəyik.
- İspaniya mətbuatında bu oyunun ispanlar üçün əhəmiyyətindən bəhs edilir. Sabahkı oyunda “Atletiko”nu nə ilə təəccübləndirə bilərik?
- Təəccübləndirmək bir qədər düzgün çıxmaz. Bu komanda yeganə komandadı ki, heç bir oyunda istəksiz çıxış etməyiblər. Bu komandaya qarşı həddən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan istifadə edə bilmədilər. Yerli mətbuata da açıqlamalarında bildirirlər ki, qol epizodlarında soyuqqanlı olmalıdılar. Biz də həmçinin. Rəqib kimi biz də istəkliyik. Çoxsaylı azarkeşlər önündə oynayacaımıza baxmayaraq, futbolçularımın bunu bacaracağına inanıram.
- İlk 3 turdan sonra “Atletiko”nun hesabında 2 xal olacağını gözləyirdiniz? Sizcə, bu amil sizin komandanın xeyrinədi yoxsa ziyanına?
- “Atletiko”nun builki oyunlarına baxsaq, görərik ki, cəmi 1 oyunda, “Çelsi”yə uduzublar. Bu, komandanın gücündən xəbər verir. Rəqibdə qol buraxmamaq istəyi ilə yanaşı, qol vurmaq istəyi də var. Bizim üçün hansı sürprizi hazırlayıblar, bunu sabah görəcəyik. Futbolçularım diqqətli olmalıdılar. Onların sürprizlərini əvvəlcədən görməlidilər. Fikrimcə, xal aclığı rəqibi bizə qarşı daha diqqətli olmağa sövq edəcək.
- “Qarabağ” rəqibindən ustalıq səviyyəsinə görə geri olsa da, bu komandanı əzmkarlıq hesabına Bakıda büdrədə bildi. Necə düşünürsüz, sabah yenə əzmkarlıq hesabına bu komandadan xal almaq olar?
- Bakıda da demişdim, bəzi epizodlarda bu komanda bizə uduzsa da, ustalıq səviyyəsi daha artığına imkan verir. Rəqib bizdən daha yüksək səviyyəlidi. Sabahkı oyunda bizim əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bununla sığortalamalıyıq. Bizim əsas silahımız rəqibdən çəkinmədən mübarizə aparmaqdı.
- İtkiləri necə kompensasiya etməyi düşünürsünüz?
- İtkidən heç vaxt narazılıq etməmişəm. Sadəcə, əlimizdəki heyətdən az istifadə edə bilirik. Mənim olduğu kimi, futbolçuların da üzərinə böyük yük düşür. Şans qazanan hər bir futbolçu öz üzərinə düşən vəzifəni tam yerinə yetirməlidi. Bu cür oyunlarda futbolçuları xüsusi hazırlaşdırmağa ehtiyac yoxdu. Çünki, kimə qarşı oynayacaqlarını bilirlər.
- Sabahkı oyunda “Qarabağ”ın tərəfində olan nə isə var, hansı ki, nəticə üçün bizə ümid versin?
- Hamımız inanmalı, ümidli olmalıyıq. Təkcə biz yox, həm də, sizlər və azarkeşlər. Bizi tanıyırsız. Bilirsiz ki, həmişə əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Bakıdakından da məsuliyyətli olmalıyıq. İnanıram ki, futbolçularım üz üzərlərinə düşən yükün öhdəsindən gələcək.
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?