"Keşlə"nin sabiq baş məşqçisi Zaur Svanadze Qol.az saytının suallarını cavablanıdıb. Gürcüstanlı mütəxəssis istefasına və digər məqamlara toxunub.
- Yeni adıyla desək, “Keşlə”dən ayrıldınız. Hazırda Bakıdasınız, yoxsa Gürcüstana getmisiniz?
- Hələ ki, Bakıdayam. Bir neçə gün də burda qalacam.
- İstefa ilə bağlı təəssüratlarınızı bilmək istərdim...
- Nə deyim? Bu barədə çox danışmaq istəmirəm.
- Sizcə, niyə belə oldu?
- Bilmirəm. Ardıcıl 4 oyunda məğlub olduq. Görünür, buna görə belə alındı.
- Necə düşünürsünüz, “İnter”dəki əsas problem baş məşqçi idi? Yəni Svanadzenin gedişindən sonra hər şey düzələcək?
- Ümid edək ki, hər şey yaxşı olacaq. Amma hələ ki, çox çətin görünür. Klubda hamı bunu dərk edir. Komanda güclənməsə, çətin olacaq.
- Komandadan ayrılmağı siz özünüz istədiniz, yoxsa rəhbərlik?
- Bilmirəm. Söhbət elədik, qərara alındı ki, baş məşqçi dəyişsə, yaxşı olacaq.
- Sizcə, “Keşlə”nin vəziyyəti bundan sonra necə olacaq?
- Heç nə deyə bilmərəm. Çünki indiki vəziyyətdə nəyin necə olacağını söyləmək çox çətindi. Ümid edirəm ki, hər şey düzələcək.
- Yəqin xəbəriniz var, komandaya qışa kimi Ramiz Məmmədov başçılıq edəcək. Onun gəlişindən sonra nəyinsə dəyişəcəyini gözləmək olar?
- Açığı, nə isə demək çox çətindi. Həm komandaya, həm də Ramiz Məmmədova uğurlar arzulayıram. “Keşlə” “İnter”in uğurlarını təkrarlasa, buna yalnız sevinərəm. Əla olar.
- Bəs indiki məqamda belə bir şey mümkündümü?
- Əlbəttə, hazırda bu, çox çətindi. Bu, mənim fikirlərimdi.
Elnur SALAHOV
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər