“Neftçi”nin yarımmüdafiəçisi İqnasio Herrera Topaz Premyer Liqanın X turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ispaniyalı futbolçu əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb:
- Komandamla qürür duyuram. Çox çətin qələbə qazandıq. Azarkeşlər də möhtəşəm idi. Komanda çox yaxşı oynadı. Rəhmana öz təşəkkürümü bildirirəm ki, mənim səhvimi sığortaladı və qələbə qolunu vurdu.
- Məşqlərdə Rəhmanı görürsən. Topa yaxınlaşanda qol ola biləcəyi ağlından keçdimi?
- Əlbəttə. Rəhmanın çox yaxşı zərbələri var. Standart vəziyyətlərin ustasıdı. Bunu məşqlərdə və oyunlarda da göstərir. Bir anlıq fikirləşdim ki, yenə həmin zərbələrdən biri gələcək. Topa vurdu və qol alındı. Mə
- Sabiq baş məqşçiniz Elxan Abdullayevin vaxtında azarkeşiniz az idi. Futbolçular kimi onlar da bu qədər istəkli deyildilər. Sənə elə gəlmirmi ki, Tərlan Əhmədovun gəlişi təkcə komandanın yox, azarkeşlərin də inamını qaytarıb?
- Mən heç kimin dalınca pis danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, Tərlan Əhmədov bizdən tələb edir. Sabiq baş məşqçiyə gəlincə isə, bəlkə də bu, bizim səhvimiz idi. Oyunumuz alınmırdı. Xal qazana bilmirdik.
- Növbəti tur komandanı "Zirə” ilə çətin oyun gözləyir. Bu haqda nə deyə bilərsən?
- Mənim fikrimcə çox çətin oyun olacaq. Siz bizim komandanı meydanda gördünüz. Uşaqlar xarakter göstərirlər. Mənəvi və fiziki tərəfdən çox güclüyük. "Zirə” ilə matçda qələbə qazanacağımıza inanırıq.
- Statistika o qədər də önəmli deyil. “Neftçi” çempionatda "Zirə”ni məğlub edə bilməyib…
- Statistika futbolda çox vacibdi. Amma hər şeyi həll etmir. Biz növbəti oyunda da qələbə qazanmaq istəyirik. Hələ də heç nə itirməmişik. Komanda yaxşı forma yığıb. Belə çıxış etsək, hər matçda qələbə qazana bilərik.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər