"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqanın X turunda "Sumqayıt" üzərində qələbədən sonra jurnalistlərə müsahibə verib.
Qol.az-ın məlumatına görə, gənc futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Çox sevindirici haldır ki, komanda artıq baxımlı oyun göstərir. Bu, ardıcıl 4-cü qələbəmizdir. Turnir cədvəlində yuxarılara qalxmaq komanda üçün ruh yüksəkliyidir.
- Bu gün start heyətində meydana çıxdın. Bu, sənin üçün gözlənilməz olmadı?
- Yox. Həftəiçi məşqlərdən artıq bilinirdi. Ona görə də mənim üçün sürpriz olmadı.
- Artıq 3-cü dəqiqədə fərqlənməyi bacardın. Vurduğun qol haqda nə deyə bilərsən?
- Çox sevindim. Hər oyunda qol vurmağa çalışıram. Bu gün fürsət düşdü, fərqləndim. Buna görə xoşbəxtəm.
- Sabiq komandana qarşı oynadın. Hər hansı xüsusi motivasiya var idimi?
- "Sumqayıt" mənim üçün yad komanda deyil. Heç bir xüsusi motivasiya yox idi. Mənim üçün adi oyunlardan biridir. "Neftçi"də oynayıramsa, bu komandanın şərəfini qoruyuram. Futbolda ilk addımlarımı "Sumqayıt"da atmışam. Buna baxmayaraq, əlavə motivasiya yox idi.
- Əvəzlənməyin sənin üçün gözlənilməz olmadı? Çnünki meydanda ən çox mübarizə aparanlardan biri sən idin...
- Yox, məşqçinin fikridir. Heç nə deyə bilmərəm.
- Bəs əvəzetmə zamanı niyə meydanı əks tərəfdən tərk etdin?
- Hesab 1:1 idi. Vaxt aparmamaq üçün meydanın kənarına ən yaxın hissədən çıxdım.
- Son dəqiqələrdə vurduğunuz qolla qalib gəldiniz. Həmin ana qədər fikirləşirdinmi ki, oyun heç-heçə bitəcək?
- Oyun ərzində çox imkanlarımız oldu. Axırda Elnur Cəfərov qapıçını keçib, qol vura bilməyəndən sonra bir az inamsızlıq yarandı. Fikirləşirdim ki, oyun heç-heçə bitəcək. Şükür ki, qələbə qazandıq.
- Növbəti turda rəqibinz "Zirə"dir. Güclü komanda ilə qarşılaşacaqsınız. Demək olarmı ki, "Neftçi"nin əsl gücü məhz həmin oyunda üzə çıxacaq?
- Fikrimcə, "Neftçi" istənilən komanda ilə oynaya biləcək səviyyədədir. Qələbə seriyasını davam etdirmək üçün meydanda əlimizdən gələni edəcəyik.
- Necə düşünürsən, "Neftçi" çempionluq mübarizəsinə qoşula bilər?
- Əlbəttə, real görünür. Xal fərqi elə də böyük deyil. Çempionatda gözlənilməz hesablar olur. Hər şey mümkündür.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı