“Azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Əla atmosfer var idi. Artıq komandaya inam yaranıb. Futbolçulara da təşəkkür düşür. Gəncə səfərindən sonra demişdim ki, bizim gələn tur “Sumqayıt”la ağır oyunumuz olacaq. Çünki rəqib həddən artıq işgüzardı. Son 20-25 dəqiqədə müdafiə olunurlar”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan ƏhmədovTopaz Premyer Liqanın 10-cu turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:1) sonra deyib.
- Ardıcıl 4 oyundu qələbə qazanırsız və 4-cü yerə yüksəldiz. Düşünmək olarmı ki, mövsümün əvvəlindən “Neftçi”də olsaz, indi komanda daha yaxşı yerdə idi?
- Həyatda təsadüf yoxdu. Hər şey zərurətdən yaranır. Bəlkə əvvəldən komandada olsam, mövqeyimiz pis olacaqdı. Sadəcə işimizi görməyə çalışırıq. Komandanı yaxşı motivasiya etməyə çalışırıq. Ardıcıl 4 qələbə hələ heç nə deyil. Yolun başlanğıcındayıq. Bizi çox maneələr gözləyir. 4 tur əvvəl bizə 3 xal gözü ilə baxırılarsa, indi münasibət fərqlidi. İşimiz daha da çətinləşir. Bu nəticələr eyforiya yaratmamalıdı. Əvvəldən burda olsam, necə olacağını bilmirəm.
- Sizə elə gəlmir ki, komandada özünəinam hissi arxayınlığa çevrilib?
- Komandada istək həddən artıq çox idi. Hiss edirdim ki, bu oyunçuları “yandıra” bilər. Arxayınlıq yox, həyəcan var idi. İkinci hissədə bunu aradan qaldırdıq.
- Daha çətin oyunlarınız qabaqdadı. “Neftçi”nin əsl gücü həmin oyunlarda bilinməyəcək ki?
- Bura gələndə iki oyun uduzduq, dedilər komanda gedir. Bura bütün oyunlarda qələbə üçün gəlməmişəm. Gələcək oyunlarda nə olacağını zaman göstərəcək. Komandanı “qara zolaq”dan çıxarmaq istəyirik. Yalnız gözəl futbola, əzmkarlığa söz verə bilərəm. Nəticənin necə olacağını bilmirik.
- Böyükağa Hacıyev deyib ki siz onu “şkola”sını keçmisiz...
- Ona minnətdaram. Allah şəfasını versin. Şərh verəcək bir şey yoxdur.
- Zaur Svanadzenin gedişindən sonra Premyer Liqada yalnız bir əcnəbi məşqçi qaldı. Buna münasibətiniz?
- Arzu eləməzdim ki, hansısa məşqçi istefa versin. Başqa komandalarda nə baş verdiyi barədə danışmaq istəmirəm. Yerli də, əcnəbi də olmalıdı. Klub rəhbərləri necə fikirləşirsə, xeyirli olsun (futbol11.az).
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı