“Bunu tək mən yox, rəhbərlik də düşünməlidir” – Samir Abasov

“Bunu tək mən yox, rəhbərlik də düşünməlidir” –  Samir Abasov
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2017 / 20:38 4799
-  A +

“Matça pis başladıq. Qol vurandan sonra ümidlənmişdik. Ancaq son dəqiqələrdə qapıçımızın səhvindən qol buraxıb uduzduq. Mehdi Cənnətovla bağlı çox danışırdılar. Fərhad kimi qapıçı da səhvə yol verdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

“Neftçi”dən məğlubiyyətin əvəzini çıxacaqlarını deyən baş məşqçi hakimlik haqda da danışıb: “Dünya dağılmayıb. Bu komanda ilə hələ iki oyunumuz da var. Bunun əvəzini çıxmağa çalışacaqğıq.

Oyundan sonra hakimə dedim ki, komandam sırf Azərbaycan uşaqlarından ibarətdir. Belə şeyləri nəzərə almaq lazımdır”.

Heyətlə bağlı problemlərinin olduğunu deyən Abasov klub rəhbərliyinə də mesaj göndərib:“Təcübəli oyunçularımız var. Avrokuboklar haqda indidən danışmaq lazım deyil. Hələ bilmək olmaz. Sona qədər əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Vuruşacağıq. Heyət problemləri bizi narahat edir. Tək mən yox, bütün rəhbərlik bunu düşünməlidir. Ehtiyat skamyamız çox kasaddır”.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner