"Atletiko" - "Qarabağ" oyununda türkəsilli hakim

"Atletiko" - "Qarabağ" oyununda türkəsilli hakim
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2017 / 14:40 6439
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək  “Atletiko” - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı almaniyalı hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Deniz Aytekin olacaq. Türkəsilli referiyə yan xətt hakimləri Quide Kleve və Markus Heker kömək edəcəklər.
 
Əlavə köməkçi hakim funksiyasını Daniel Sibert və Benjamin Nrand yerinə yetirəcəklər. Matçın ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.

Qeyd edək ki, D.Aytekin Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona”  - PSJ matçında mübahisəli qərarlarla gündəmə gəlmişdi.
 
Xatırladaq ki, “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner