"Oyunun çətin keçəcəyini bilirdik. Buna görə oyuna həftə ərzində ciddi hazırlaşmışdıq. Ötən tur "Sumqayıt"a uduzmuşduq. Azarkeşlərimizə özümüzü bağışlatdırmaq istəyirdik. Bizi ancaq qələbə qane edə bilərdi. Şükür ki, istəyimizə nail olduq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə Topaz Premyer Liqanın 10-cu turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə deyib. Daha sonra o, sualları cavablanırıb.
- Biz səni sakit futbolçu kimi tanıyırıq. Ancaq bu gün meydanda bir qədər aqressiv görünürdün. Bu, nə ilə bağlı idi?
- Qələbə qazanmaq istəyirdik. Yəqin bununla bağlı idi. Oyunda adrenalin həddən artıq yüksək idi. Top bir o qapıda, bir bu qapıda olurdu. Hesab da 2:1 idi. İstəkdən irəli gələb aqressivlik idi.
- "Qəbələ" hakimlikdən narazıdır ...
- Rəqib haqda danışmaq istəmirəm. Məncə, normal idarəçilik oldu. Hakim nə gördüsə, onu da verdi.
- Hakim birinci hissədə Cavid Hüseynova qırmızı vərəqə göstərdi. Amma səni sarı ilə cəzalandırdı..
- Məncə, fərqli epizodlar idi. Cavid bilərəkdən Duriçə zərbə endirdi. Məndə isə adi oyun epizodu idi. Stankoviç məni itələyirdi, mən də adi folla qaydanı pozdum. Qırmızı vərəqə ağır qərar olardı.
- İkinci hissədə "Zirə” sanki geriyə çəkildi. Bu nə ilə bağlı idi? "Qəbələ” 10 nəfərlə mübarizə aparırdı. Siz isə əks hücumlara üstünlük verirdiniz.
- İkinci hissədə bizim də real qol epizodlarımız oldu. Rəqibin itiriləsi heç nəyi yox idi. Vurduqları qol onlara əlavə motivasiya verdi. İkinci qolu vurmaq üçün irəli atıldılar. Biz bu səbəbə görə müdafiəyə çəkildik. Əks hücümlara bel bağladıq. Fürsətlərdən istifadə edə bilmədik. Hesab başqa cür ola bilərdi.
- Prosineçki milli komandadan ayrılır. Yeni baş məşqçi kimin olmasını istərdin ?
- Millimiz üçün həmişə canımızı verməyə hazırıq. Yığmada çıxış etmək hər futbolçuya nəsib olmur. Bu suala mənim cavab verməyim yaxşı çıxmaz. Bizim böyüklərimiz var. Millinin başında duranlar var. AFFA millimiz üçün ən xeyirlisini edəcək.
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı