"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda "Zirə"yə 1:2 hesablı məğlubiyyətdən sonra Qol.az-a müsahibə verib. O, əvvəlcə oyun haqda fikirlərini bildirib.
- İlk hissədə hər şey planladığımız kimi getdi. "Zirə" bütün zonaları bağlamışdı. Hesab da da 2 top fərqilə öndə idilər. Bu azmış kimi Cavid Hüseynov da qırmızı vərəqə aldı. Cavid özü də səhv etdiyini başa düşdü. Komanda yoldaşımı başa düşürəm. Futbolçudur, hərdən emosiyalarını cilovlaya bilmirsən.
- Oyundan sonra Cavid etdiyi hərəkətlə bağlı nəsə dedi?
- Cavidin üzgün görünüşü hər şeyi deyirdi. O, əsl kapitandır. Hiss olunurdu ki, əhvalı korlanıb. Biz hamımız onu başa düşürük.
- İkinci hissədə çox çalışsanız da, bərabərlik topunu vura bilmədiniz...
- İtirəsi heç nəyimiz yox idi. Ən azından heç-heçə etmək istəyirdik. Həm rəqibin, həm də bizim qol imkanlarımız oldu. Amma təəssüf ki, istifadə edə bilmədik.
- Hakimlik haqda nə deyə bilərsən?
- Hakimin qərarlarına şərh vermək istəmirəm. Sadəcə, onu deyim ki, Cavidə qırmızı vərəqə vermişdisə, gərək bənzər epizodda Təmkini də meydandan qovardı.
- Hətta bir epizodda hakim mübahisəli qərar verdi. Penalti nöqtəsini göstərmədi...
- Əlbəttə, həmin epizodda penalti verilməliydi. Nədənsə hakimin fiti susdu. Ekiqoya qarşı açıq-aşkar qayda pozulmuşdu. Amm artıq oyun bitib. Bu barədə danışmağın heç bir mənası yoxdur. Çünki biz uduzmuşuq.
- Səncə, hakimin qərarlarının oyunun nəticəsinə təsiri oldu?
Əlbəttə, oldu. Penalti, qırmızı vərəqə olmasaydı, hər şey fərqli ola bilərdi. Amma bütün günahı hakimin üstünə atmaq da olmaz. O da insandır. Səhv edə bilər.
Elnur SALAHOV
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı