"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 10-dcu turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- "Qəbələ” bura iddialı gəlmişdi. Ötən turda "Qarabağ”ı məğlub etmişdilər. Bizim üzərimizdə təzyiq var idi. Ötən turda məğlub olduqdan sonra, bu matçda qələbə bizim üçün çox vacib idi. Rəqibi yaxşı analiz etmişdik. İlk hissədə iki qol vurduq. "Qəbələ”nin qapısından iki top keçirmək heç də asan deyil. Rəqib ilk hissədə azlıqda qaldıqdan sonra onların fasilədən sonra böyük təzyiq göstərəcəyi bəlli idi. Belə də oldu. Qoldan sonra isə daha da ruhlandılar. Ancaq komandam sona kimi mübarizə apardı. Başımızı aşağı salıb, öz işimizi görəcəyik. Bu xal bizim üçün çox vacib idi.
- İlk hissədə yaxşı oynasaz da, komandanız azlıqda qalmış rəqib qarşısında çox aciz görünürdü...
- "Qəbələ” 9-10 nəfərlə hücum edirdi. İstər-istəməz təzyiq olmalı idi. Əks-hücumlarda qol vurmaq şansımız var idi. Hesab daha böyük ola bilərdi. Komandamın aciz təsir bağışladığını düşünmürəm. 10 nəfərlə qalmaq böyük üstünlük vermir. Bu gün mən gözəl futbol axtarmıram. Bizim üçün vacib olan qələbə idi ki, bunu da əldə etdik.
- Təmkin Xəlilzadə penaltini yerinə yetirmək istəyirdi. Onun bu istəyi 5-ci qolu vurub, bombardirlər siyahısında birinci sıraya çıxmaq istəyindən qaynaqlanırdı?
- Bizdə penalti vuranlardan biri də Təmkindir. Penaltini özü qazanmışdı. 5-ci qolu vurmaq istəyirdi. Ancaq hər şeyin öz yeri var. Milan Duriç də bizim penalti vuranlarımızdandır. Bu gün oyunu Təmkinin üzərində qurmuşduq. O, yaxşı təsir bağışladı.
- Ancaq buna baxmayaraq, ikinci hissənin sonlarında rəqibə zərbə endirdi...
- Biz Təmkinin üzərinə çox gedirik. Həmin epizod emosiyanın nəticəsidie. Ondan qabaq da Duriç onu vurmuşdu. Biz Təmkini qorumalıyıq. Həmçinin də digər klublarda olan istedadlı futbolçuları. Əlbəttə, bu barədə onunla danışacağıq. Bu cür hal yol verilməzdi. Lakin bəlkə, həmin anda mən də, siz də olsaz o hərəkəti edərdik. Heç kim uduzmaq istəmir. Ancaq dediyim kimi, Təmkin bu cür hallarla gündəmə gəlməməlidir.
- Komandanın turnir cədvəlində mövqeyi əlavə təzyiq yaratmır ki?
- Hər günümüz təzyiqdir. Bəziləri "Zirə”nin bu mövqedə olmasını təsadüf adlandırır. Bizi sevməyənlər var. Ancaq dillərinə gətirib, demirlər. Bəlkə də, Premyer Liqada ən zəif şərait bizdədir. Ancaq ruhdan düşmürük. Biz pillə-pillə inkişaf edirik. Təsadüf bir mövsüm olar, iki mövsüm olar. Ancaq artıq 3-cü mövsümdür yüksək səviyyədə çıxış edirik. Bu da, klub rəhbərliyinin düzgün siyasətinin nəticəsidir.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı