“Oyuna şərh vermək çox çətindi. Ancaq pis çıxış etmədik. Böhrandan çıxmalıyıq, sonra lap ağır olacaq. Nəsə etməliyik".
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 10-cu turunda “Kəpəz”ə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- Nə kimi dəyişikliklər etmək istəyirsiniz?
- Son bir ayda çempionat oyunları 10-12 futbolçumuzun üzərinə düşüb. Bir daha təkrar edirəm, yanvar ayına qədər bizim üçün çətin olacaq. Bu gün Nizami Hacıyev oynadı, amma o, hazır deyildi. Ötən oyunda Denis, bu oyunda isə Skarlatake forma geyinmədi. Əgər əsas oyunçu zədələnirsə, bizə ciddi təsir göstərir. Futbolçu olmadığına görə Tərlan Quliyevi sağda oynadıram, lakin o, sol cinahda oynamağı sevir.
- Bəllidi ki, futbolçuların maaşları gec verilir. Necə düşünürsünüz, maaş almayan futbolçu oynamamaq üçün zədələndiyini bəhanə edə bilərmi?
- Düşünmürəm. Lakin futbolçuların adından da danışa bilmərəm. Məncə, bu, əsas səbəb deyil.
- Klubun Müşahidə Şurasının sədri Zaur Axundov ciddi şəxs kimi tanınır. Maraqlıdı, o, məğlubiyyətlərə necə reaksiya verir?
- Zaur müəllim klubdakı vəziyyəti bilir. Başqa çıxış yolumuz yoxdu, yanvardan sonra heyət gücləndirilməlidi.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı