“Səbail”in müdafiəçisi Maudo Jarjue Topaz Premyer Liqanın X turunda “Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qvineya-bisaulu futbolçu əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.
- Böyük komandaya qarşı oynayırdıq. Bilirdik ki, çətin olacaq. Meydanda sonadək əzmkar mübarizə apardıq. Ancaq son dəqiqələrdə buraxdığımız səhv bizə baha başa gəldi. Oyunun sonunda qol buraxmaq daha pis təsir etdi. Amma nə etmək olar? Gələn oyunlara daha yaxşı hazırlaşmaq lazımdır.
- “Qarabağ” azlıqda qaldıqdan sonra “Səbail”in daha çox hücum edəcəyi gözlənilirdi. Amma siz əksinə, müdafiəyə çəkildiniz və qorxaq futbola üstünlük verdiniz. Sanki heç-heçəyə razı idiniz...
- Bir qədər problemlərimiz var idi. Rəqibin güclü olması komandada gərginlik yaratmışdı. “Qarabağ” çox yaxşı komandadı. Bizə oynamağa imkan vermirdi. Çempionlar Liqasında mübarizə aparırlar. Hücum etmək çox çətin idi.
- Ötən oyunda komandanızın kapitanı Eltun Yaqublu ilə aranızda problem olmuşdu. Hazırda münasibətləriniz necədi?
- Adi epizod idi. Aramızda anlaşmazlıq oldu. Biz oyundan sonra həm dəhlizdə, həm də soyunub-geyinmə otağında söhbət eləmişdik. Son dəqiqələrdə qol buraxmaq istəmirdik. Ona görə gərginlik var idi. Bu gərginlik fonunda da aramızda istər-istəməz anlaşılmazlıq yarandı. Lakin daha sonra oturduq və söhbəti etdik. Hər şey yolundadı.
- Baş məşqçi Samir Əliyev deyib ki, artıq hər ikiniz cərimələnmisiniz.
- Bəli, bizə pul cəzası verilib. Baş məşqçi istəsə, məbləğini açıqlayacaq.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı