“Səbail”i yaxşı analiz etmişdik. Bilirdik ki, fiziki cəhətdən güclüdürlər. Oyun başlayanda çox yaxşı hərəkətdə olduq, bir-birimizi axtardıq, epizodlar yaratdıq. Təəssüf ki, qırmızı vərəqə işimizi korladı. Amma ruhdan düşmədik. Daha aqressiv, sürətli oynamağa başladıq. Nəticədə 3 xal qazana bildik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev Topaz Premyer Liqanın X turunda “Səbail”ə qalib gəldikləri oyundan (1:0) sonra deyib.
Təcrübəli futbolçu oyunun sonlarına doğru Dani Kintananın rəqib cərimə meydançasında yerdə qaldığı epizodda baş hakim Rəvan Həmzəzadənin mübahisəli qərarına münasibət bildirib: “Futboldu, ani bir şey olur, görürük, etiraz edirik. Daha dəqiqini televiziyadan görürlər. Penaltiyə oxşar epizod idi. Ona görə uşaqlar hakimin üstünə getdilər. Amma heç kim deyə bilməz ki, orda nə baş verib. Çünki hamı epizoda bir az uzaq idi. Qalib gəlmək istəyirdik. Ona görə uşaqlar hakim tərəfə gedirdilər. Onları da başa düşmək olar. 90 dəqiqə ərzində top daha çox bizdə qaldı. Qol vurub, qalib gəlmək istəyirdik”.
Medvedyevin sözlərinə görə, komandası meydana arxayın çıxmamışdı: “Heyətimizdə zədəli oyunçular var idi. Hətta bəzi mövqelərdə dəyişikliklər olmuşdu, çoxdan oynamayan futbolçular meydana çıxmışdı. Ona görə bir az anlaşılmazlıq var idi, bir-birimizi başa düşməkdə çətinlik çəkirdik. Demək olmaz ki, uşaqlar rahatlaşmışdılar. Matçdan qabaq baş məşqçimiz oyunun əhəmiyyətini yetərincə başa salmışdı. Bilirdik ki, başımız ağrıya bilər, elə də oldu”.
Zədəsinin sağaldığını bildirən Maksim Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə səfər oyununda daha yaxşı oynayacaqlarını söyləyib: “Bütün fikrim “Atletiko” ilə oyunda idi. Bu matçda meydana çıxıb-çıxmayacağım sual altında idi. Yaxşı olacaq. Zədəm çox incitmədi. O matçda daha yaxşı çıxış edəcəm”.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi