"Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqanın X turunun “Səbail”lə oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ispaniyalı futbolçu əvvəlcə oyun haqda fikirlərini açıqlayıb.
- Oyunun çətin olacağını bilirdik. Qırmızı vərəqə aldıqdan sonra işimiz bir az da çətinləşdi. Buna baxmayaraq, layiqli qələbə qazandıq. Bəzi epizodlarda hakim oyuna müaxilə etdi. O, oyunun nəticəsini əvvəlcədən həll edə bilərdi.
- Bu gün meydanda ən yaxşılardan biri idin. Formanı tam yığa bilmisən?
- Zədədən sonra ilk dəfə idi, 25 dəqiqədən çox oynayırdım. Optimal formamı yığmağıma hələ çox var. Məşqlərdə əlimdən gələni edirəm. Amma yekun qərarı verən baş məşqçidi. Hər şey onun qərarından asılıdı.
- “Atletiko” ilə oyuna hazırsan? Ümid edirsən ki, baş məşqçi sənə şans verəcək?
- Mən hər zaman komandaya kömək etməyə hazıram. Amma qərar verən şəxs məşqçidi.
- Bəzi epizodlarda ehtiyatlı oynayırdın. Yüngül toxunuşlar zamanı belə rəqibə sərt reaksiya verirdin. Sanki yenidən zədələnməkdən qorxurdun...
- Ola bilər. Ancaq hadisələrin mərkəzində olan biri kimi deyirəm ki, oyun ərzində elə bir epizod olmayıb. Amma istənilən halda belə ağır zədədən sonra bu, normal prosesdi.
- Verilməyən penalti epizodu haqda nə deyə bilərsən? Cərimə meydançasında səni doğrudan yıxmışdılar?
- Təkrarı görməmişəm. Amma mənə görə, penalti idi.
- Bir ispan kimi “Atletiko”ya qarşı oynamaq nə dərəcədə önəmlidi?
- Bu turnirdə istənilən komandaya qarşı oynamaq insana xüsusi hisslər bəxş edir. Amma ispan olduğum üçün “Atletiko”ya qarşı oynamağın mənim üçün xüsusi önəmi var. Üstəlik, ailə üzvlərim də stadionda olacaq. Bu, həmin önəmi bir az da artırır.
Elnur SALAHOV
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı