"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundur ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən. Çoxdandır belə oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram.
- Penalti verilməyən epizod barədə nə deyə bilərsizni?
- Düzü, heç vaxt hakimlik barədə danışmamışam. Sadəcə, bu gün Rəvan Həmzəzadənin idarəçiliyi mənə çatmadı. Həmişə bəyəndiyim hakimlərdən olub. Ancaq bu gün bir neçə maraqlı qərar verdi. İlk növbədə, Pedronun yerdə qaldığı epizodda simulyasiya olmamışdı. Elə həmin epizodda zədələndi. Məncə, orda ikili mübarizə idi.
- Jezniçakın vəziyyəti nə yerdədir?
- Onun yüngül zədəsi var. Risk edib, meydana buraxmadım. Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.
- Robert Prosineçkinin gedişindən sonra əksəriyyət sizi yığmada görmək istəyir. Təklif olsa, cavabınız nə olacaq?
- "Qarşıda "Atletiko" ilə oyun var. İndi bu barədə danışa bilmərəm. Çünki indi deyəcəyim bir söz böyük rezonans yarada bilər.
- “Atletiko” ilə oyundan sonra danışacaqsınız?
- Buna oyundan sonra baxarıq (gülür). Açığı, Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək.
- Bəlkə, bu barədə təklif olub, siz razı olmamısınız?
- Dediyim kimi, bu gün verəcəyim bir cavab yeni suallar doğuracaq. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq.
- Sizinlə yanaşı Roman Qriqorçukun və Kaxaber Sxadadzenina adı hallanır. AFFA İcraiyyə Komitəsinin üzvü kimi sizin təklifiniz nədir?
- Heç bir təklifim yoxdur. Nə İcraiyyə Komitəsi yığılıb, nə də belə müzakirə olub. Xahiş edirəm mənim də fikrimi yayındırmayın.
- “Atletiko” ilə oyundan nə gözləyirsiniz. Nəzərə alaq ki, komandada yetərincə zədə problemi var...
- Bəli, bu gün komandada zədəylə bağlı, xüsusilə, müdafiədə yetərincə problemimiz var. Biz çalışırıq ki, yaxşı oyun göstərək. Bu gün mənə əsas ləzzət edən 3 xaldan çox, göstərilən gözəl futbol oldu. Bu cür vəziyyətlərdə məşqçinin də üzərinə əlavə məsuliyyət düşür. Kimin harda oynamasıyla bağlı ikiqat düşünməli oluruq. Rəqib də bizimlə oyuna yaxşı hazırlaşır. Bu, onlar üçün son şans ola bilər.
- "Atletiko”da "Qarabağ”la matçdan sonra fövqəladə rejimdir. Bu, bizim üçün üstünlükdür?
- Özümüzü aldatmamlıyıq. Belə komandalarla bu cür şeylər keçmir. Çalışmalıyıq ki, səhvlər olmasın, qol buraxmayaq.
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi