"Qarabağ”ı təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İlk hissədə daha yaxşı oynadıq. “Birinci hissədə, rəqib 11 nəfər olanda daha yaxşı oynadıq. Bir topumuz dirəkdən qayıtdı. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı nəticə qazanacağımızı gözləyirdik. Ancaq “Qarabağ” ikinci hissədə daha çox təzyiq etdi. Bunun da nəticəsində məğlub olduq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 10-cu turunda "Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, "Qarabağ” səviyyə baxımından üstün olduğu üçün qalib gəlib: "Azlıqda qalsalar da, rəqib bizdən üstündür. Düzdür, elə də çox imkanları olmadı. Lakin istədiklərini edirdilər. Ustalıq amilini qeyd edərdim. Rəqib hücumların çoxunu sol cinahdan qurur. Ansi Aqolli çıxdıqdan sonra Riçard Almeyda oradan oynadı. Qol sol cinahdan vurulmasa da, oranı bağlaya bilmədik. Konfransa gec gəlməyim bəzi futbolçulara iradımı bildirməklə bağlı idi. Səhvlərini söylədim”.
S.Əliyev "Səbail”n qorxaq futbol oynaması ilə razılaşmadığını deyib: "Rəqib bizə imkan vermədi. Bu gün “Qarabağ”la “Səbail”i müqayisə etmək düzgün deyil. Gənc heyətimiz var. Yəqin ki, oyundan-oyuna irəliləyəcəyik".
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı