“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Qol.az saytının suallarını cavablandırıb. Komandasının cari mövsümdəki çıxışını dəyərləndirən mütəxəssis AFFA-nın Robert Prosineçki ilə vidalaşmasına da münasibət bildirib.
- Premyer Liqada bu tur Bakıda “İnter”in qonağı olacaqsınız. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Hamı başa düşür ki, çətin vəziyyətdəyik. Xal qazanmaq lazımdır. Komanda tamamilə bu oyuna köklənib. Bir az psixoloji gərginlik var. Bu da xalın az olması, komandanın axırıncı yerdə getməsi ilə bağlıdır. Futbolçular üzərində təzyiq çoxdur. Bu təzyiqdən çıxmağın bir yolu var ki, qələbə qazanıb, özünəinamı geri qaytarmalıyıq. “Neftçi” ilə oyunda uduzmağa layiq deyildik. Ancaq hər dəfə bu cür məğlubiyyətlərdən sonra inam bir qədər də itir. “İnter”lə oyun güvəni qaytarmaq baxımından yaxşı imkandır. Çox danışmağa ehtiyac yoxdur. Fakt göz qabağındadır. Bu oyuna çox ciddi, məsuliyyətlə hazırlaşırıq. Uğurlu nəticə ilə qayıtmağa çalışacağıq.
- Bu gün “İnter”in vəziyyəti də acınacaqlıdır. Komanda 13-14 futbolçu ilə məşq edir. Bunu “Kəpəz” üçün üstünlük hesab etmək olarmı?
- Mən buna üstünlük deməzdim. Ona görə ki, 13-14 futbolçu olsa da, hamısı sabit oynayan oyunçulardı. 1-2 nəfərin oynamaması elə də ciddi problem deyil. Əsas heyət baxımından korluq çəkmirlər. Sadəcə, ehtiyat qüvvələrinin az olması problemdi. O da aydındır ki, futbolda maksimum 13-14 nəfər oynaya, uzağı 3 dəyişiklik ola bilər. Məncə, bu qədər futbolçu bəs edər. “İnter”də səviyyəli həm legioner, həm də yerli futbolçu çoxdu. Oyunun taleyini həll edə bilən futbolçular var. Bizim vəziyyətimiz heç də onlardan yaxşı deyil. Bu, özünü turnir cədvəlində də göstərir.
- Aydın məsələdir ki, qış fasiləsinə kimi vəziyyət bu cür olacaq. Bəs fasilədən sonrası üçün rəhbərlik nə deyir? Müsbət dəyişikliklərin olacağını gözləmək olarmı?
- Bilirsiniz ki, Məhəmməd Qurbanovu komandaya götürmüşük. Neçə vaxtdı, məşq etmir. Fiziki cəhətdən hazır deyil. Bu yaxınlarda Seneqaldan Aladji Mansur Ba adlı bir futbolçu dəvət eləmişik. Onun da potensialı var, amma 2 aydı futbol oynamır. Sual oluna bilər ki, nəyə görə peşəkar komanda hazır olmayan futbolçular alır? Həmin futbolçular dekabra kimi pulsuz oynayacaq. Kiçik bir büdcə ilə yalnız bu qədərini edə bilirik. Hazır futbolçu almağa imkan yoxdu. Məncə, daxili ehtiyatımızı artırsaq, bu komanda ilə uçurumdan çıxmaq olar. Desək ki, yanvardan sonra ciddi dəyişiklər olacaq, yalan olar. Hazırkı heyətlə nəyəsə nail olmağa çalışacağıq. Bu futbolçuların üstündən xətt çəkmək olmaz. Hər bir oyunda görünür ki, onlarda nəsə var. Sadəcə, komandanın 10 oyundan 9-nu səfərdə oynaması futbolçular üçün böyük təzyiqdi. Xalın az olması, özünəinamın itməsi bunları sıxır. Hazırkı psixoloji durumdan çıxmaq lazımdı.
- Seneqallı yarımmüdafiəçi ilə artıq müqavilə bağlamısınız?
- Bəli, onunla may ayına qədər müqavilə imzalanıb. Dediyim kimi, hazır futbolçu deyil. Dekabra kimi baxacağıq, bizi qane eləsə, onunla davam edəcəyik.
- Belə çıxır ki, sizi qane eləməsə, geri qaytarıla da bilər...
- Bu iki ay onun üçün sınaq dövrüdür. Buna görə pul xərcləyən deyilik. Özünü doğrultsa, digər məsələlər həll olunacaq.
- “İnter”lə oyunda da Məhəmməd Qurbanovu meydanda görə biləcəyik?
- Bəli, oynayacaq. “Neftçi” ilə görüşdə fiziki forması imkan vermədi, cəmi 60 dəqiqə oynaya bildi. Düşünürəm ki, bu dəfə 70-75 dəqiqə mübarizə apa biləcək.
- AFFA Robert Prosineçki ilə əməkdaşlığa son qoydu. Siz bu addımı necə dəyərləndirirsiniz?
- Hər məşqçinin işlədiyi dövrdə səhvi də, düzü də olur. Ən böyük komandalarda işləyən mütəxəssislərdə də belədi. Prosineçkinin də bu mənada səhv qərarları da oldu, düzgün qərarları da. Məsələn, 10 xal yığması yaxşı nəticədi. Millidə oyun baxımından irəliləyiş gördük. Amma AFFA hədəfləri dəyişməli idi. Belə qalmaq olmaz. Federasiya düzgün qərar verdi. Məşqçinin adının hər dəfə bir klubla hallanması pisdir. Bu amil futbolçulara da təsir edə bilər. Prosineçkinin menecerləri böyük yanlışlığa yol verdilər. Bu da federasiyanın xoşuna gəlmədi. Düzdü, UEFA-da belə bir şey var ki, müqavilə müddətinin bitməsinə 6 ay qalmış danışıq apara bilərsən. Ancaq belə açıq şəkildə gündə bir klubla danışıq aparmaq futbolçuların əhvalına da da sirayət edir. İşlədiyin yerə hörmətsiz yanaşmaq kimi bir şeydir. Bu, onun menecerlərinin kobud səhvi idi və heç kimin xoşuna gəlmədi. Bir yerdə işləyən birinin ürəyi, ruhu başqa yerdə olmamalıdı. Mənə elə gəlir ki, federasiya bu məsələdə özünü ləyaqətlə apardı və düzgün qərar verdi.
- Artıq hər kəsi bu sual düşündürür: AFFA-nın növbəti seçimi yerli, yoxsa əcnəbi olacaq? Siz necə düşünürsünüz?
- Bilirsiniz, burda vəziyyət bir qədər qarışıqdı. Əsas məsələ millinin strategiyasıdır. Buna uyğun məşqçi seçilməlidir. Əvvəlcə hədəf müəyyənləşdirilməli, sonra baş məşqçi təyin olunmalıdır. Strategiyaya uyğun gələn məşqçiylə işləmək lazımdır. Futbol adamı yox, bir azarkeş kimi deyə bilərəm ki, xaricilərin özlərindən sonra qoyduqlarını görəndə yerli mütəxəssislərin işləməsini istəyirəm. Həm Berti Foqtsun yaxınlarda verdiyi müsahibədə Azərbaycana qarşı hörmətsizliyi, həm də Prosineçkinin bundan sonra söyləyəcəkləri fikirlər bunu deməyə əsas verir. Sözün varsa, burda olanda demək lazımdı. Gedəndən sonra danışmaq düzgün deyil. Bir vətəndaş kimi yerlilərin tərəfindəyəm. Amma hər birimiz federasiyanın verdiyi qərara hörmətlə yanaşırıq.
- Milli komandaya yerli mütəxəssis düşünüləndə, ən birinci Qurban Qurbanovun adı ön plana çıxır. Təcrübəli futbol adamı kimi, sizcə, bu seçim milli komandaya nə verə bilər?
- Bu, danılmaz faktdır. Bu gün yerli mütəxəssisdən söhbət gedəndə, Qurban Qurbanovun adı təbii olaraq, birinci yerdə olmalıdır. Məşqçini qazandığı uğurlara görə birinci və ya axırıncı yerlərə qoymaq olur. Qurban da gənc məşqçi deyil. Hər il üstünə qoya-qoya artıq 50 yaşı olacaq. Yetərincə təcrübəsi var. Ən əsası da “Qarabağ”la beynəlxalq təcrübəsi kifayət qədərdi. Nəzərə alsaq ki, millini təşkil dən futbolçuların 50-60 faizi “Qarabağ”dan gəlirsə, niyə də olmasın?! Yerlilərin içində ən real namizəd kimi Qurbanı görürəm.
Elnur SALAHOV
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video