“Sumqayıt”ın futbolçusu Amil Yunanov Topaz Premyer Liqanın 10-cu turunda “Neftçi” ilə keçirəcəkləri səfər oyunu öncəsi Qol.az-ın suallarını cavablandırıb. 4 qolla bombardirlik yarışında 2-ci olan gənc hücumçu əvvəlcə qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb.
- “Neftçi” son turlarda yüksəlişdədi. Ardıcıl qələbələr qazanırlar. Səfərdə oynayacağıq. Çox çətin oyun olacaq. Çalışacağıq ki, meydanda əlimizdən gələni edib, yaxşı nəticə qazanacaq.
- Birinci dövrədə “Neftçi”yə minimal hesabla qalib gəlmisiniz. Aydın məsələdir ki, rəqib meydana həm də qisas almaq üçün çıxacaq. Sən necə düşünürsən?
- Xeyr, mən düşünmürəm ki, “Neftçi” meydana sırf qisas üçün çıxsın. Əlbəttə, birinci dövrədəki məğlubiyyətin əvəzini çıxmaq üçün komandada motivasiya güclü olacaq. Amma hər bir komanda meydana öncə yaxşı nəticə üçün çıxır.
- Hazırda “Sumqayıt” 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Mövsümün əvvəlində komandanın bu cür çıxış edəcəyinə inanırdın?
- Əlbəttə, inanırdım. Çünki komandaya yeni futbolçular cəlb olunmuşdu. Hamısı istedadlı uşaqlardı. Bu komanda, bu baş məşqçi ilə yaxşı oyun göstərəcəyimizə ümidim böyük idi.
- Aktivində 4 qol var və bombardirlər siyahısında yer alırsan. Mövsümün sonunda ən sərrast futbolçu olmaq hədəfin var?
- Açığı, mənim üçün komandanın uğuru daha vacibdi. Əsas məqsədim oyunumla, vurduğum qollarla “Sumqayıt”a kömək etməkdi. Bombardirlik mənim üçün ikinci dərəcəlidi. Əlbəttə, sonda ən çox qol vuran futbolçu olmaq istəyərəm. İndiki halda oyunumdan razı deyiləm. Çünki 9 tura cəmi 4 qol vurmuşam. Bir çox imkanı isə boşa vermişəm. Əgər hücumçuyamsa, ən azı 6-7 top vurmalıydım.
- “Sumqayıt”ın heyətində bu mövsüm ən çox fərqlənən futbolçusan. Azarkeşlər hər oyunda səndən qol gözləyir. “Neftçi” ilə matçda da onları sevindirə biləcəksən?
- Azarkeşlərimiz sağ olsunlar ki, bizi daim dəstəkləyirlər. Onların inamı mənə daha da motivasiya verir. Çalışacam, “Neftçi”yə də qol vurum. Bu oyunda da azarkeşlərimizi sevindirmək istəyirəm.
- Maraqlıdı, Yunanova daha iddialı klublardan təkliflər gəlirmi?
- Çempionat hələ yeni başlayıb. Heç bir klubdan təklif almamışam. “Sumqayıt”ın futbolçusuyam. Ona görə də əsas fikrimi komandamın oyunlarına yönəltmişəm.
Elnur SALAHOV
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu