"Bizə qələbə lazım idi. Buna görə sevinirik. Birinci hissəyə nisbətən fasilədən sonra müdafiə futbolu oynadıq. Ona görə də komanda çox yoruldu. Müdafiədə oturmaq fikrimiz yoxdur. Biz heç vaxt belə futbol oynamamışıq. İkinci hissədə "Sumqayıt” bizi məcbur elədi ki, müdafiədə oturaq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 8-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında söyləyib.
29 yaşlı yarımmüdafiəçi sözügedən görüşdə əvəzlənməsinə münasibət bildirib: "Qriqorçukun qərarlarına hörmət edirəm. Aramızda heç bir problem yoxdur. Öz oyunumdan razı deyiləm. Ona görə də təndiq olunuram. Oyunumda bir az eniş var. Çalışıram onu məşqlərdə bərpa edim. "Kəpəz”lə matçdan sonra klub daxilində toplantı oldu. Bu məğlubiyyət sarsıdıcı oldu. "Sumqayıt” səfərində qələbə bizə çox vacib idi. Düşünürəm bu qələbənin ardı da gələcək. Biz "Kəpəz”lə qarşılaşmada qalib gəlsəydik, heç kim indidən "Qarabağ”ı çempion kimi görməzdi. Çempionatın bitməsinə hələ çox var. "Qarabağ” da xallar itirəcək”.
C.Hüseynov baş məşqçi Robert Prosineçkinin millidən getmə variantı barədə də danışıb: "Prosineçki tək mənim yox, bütün komanda üçün yaxşı baş məşqçidir. Qalmasını istəyirəm. Həm insan kimi, həm də baş məşqçi kimi müsbət keyfiyyətlərə malikdir. Milli komandadan gedəcəksə, ona uğurlar arzulayıram”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı