Arda milliyə qayıtdığını rəsmən açıqladı - Şəkil

Arda milliyə qayıtdığını rəsmən açıqladı -  Şəkil
GÜNDƏM 11 Avqust 2017 / 00:17 5966
-  A +

“Barselona”nın üzvü Arda Turan yenidən Türkiyə millisində çıxış edəcəyini açıqlayıb.

Qol.az xəbər verir ki, təcrübəli futbolçu “İnstaqram”dakı rəsmi səhifəsində bununla bağlı paylaşım edib.

O bildirib ki, Kosovaya qarşı oyundan öncə yaşanan hadisələrə görə yığmadan ayrılmışdı. Lakin Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və yeni baş məşqçi Mirça Luçesku ondan bu qərarı yenidən nəzərdən keçirməyi istəyiblər.

“Barselona”nın yarımmüdafiəçisi bəyan edib ki, bundan sonra Luçesku uyğun gördüyü zaman yenidən qürurla millinin formasın geyməyə hazırdı.

“Qarşıdakı 4 oyunluq çətin müddətdə və gələcəkdə istənilən şərtlər altında komanda yoldaşlarımın yanında olmaq istədiyimi ictimaiyyətə bəyan edirəm” - deyə A. Turan fikrini tamamlayıb.




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır