"Məyus olduğumuz heç kimə sirr deyil. Bu oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Bizim oyunda topu qəbul edərkən aqressiya, qərarlılıq və topla cəld davranma çatışmırdı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Yagelloniyanın baş məşqçisi İreniuş Mamrot Avropa Liqasının II təsnifat mərhələsində doğma meydanda "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, ilk hissənin son 10 dəqiqəsində yaxşı oynadıqlarını bildirib: "Yüz faizli qol imkanları yaratdıq. Təəssüf ki, əlimizə düşən imkanlardan yararlana bilmədik. Hesab 1:1 olsaydı, başqa cür oyun sərgiləyərdik. İkinci hissədə komandanı motivasiyaya görə günahlandırmaq olmaz. Biz cəhd etsək də, rəqib bizi əks-hücumda yaxaladı və ikinci qolunu vurdu".
İ.Mamrotun sözlərinə görə, "Qəbələ" effektiv oyun sərgiləyib: "Mən paltardəyişmə otağında da oyunçulara dedim ki, başınızı dik tutun. Çünki komandamın məğlubiyyətə necə məyus olduğunun şahidi oldum. Avropa Liqası oyunları futbolçularımız üçün hədiyyə idi. Bütün komanda, azarkeşlər "Panatinaikos"la oyuna köklənmişdi. Təəssüf ki, bunu reallaşdıra bilmədik".
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels