"Zirə"nin oyununa hakim təyinatı açıqlandı

"Zirə"nin oyununa hakim təyinatı açıqlandı
GÜNDƏM 10 İyul 2017 / 13:20 2449
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşü Sergey Sinkeviçin başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək. Köməkçi hakimlər Vitali Malyutin və Yevgeni Romanov olacaq. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Qeyd edək ki, "Astra" - "Zirə" matçı iyulun 13-ü, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Daha çox


Son xəbərlər