Azərbaycan millisi Avstriyaya qalib gəldi

Azərbaycan millisi Avstriyaya qalib gəldi
CÜDO 11 Oktyabr 2026 / 10:32 334
-  A +

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.

QOL.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb və Avstriyanı 4:0 hesabı ilə məğlub edib.

Madina Kaisinova (+70) Mariya Höllvart üzərində qələbə qazanıb. Xədicə Qədəşova (+57) Laura Kallingerə qalib gəlib.

Kişilərin yarışında Zelim Kotsoyev (+90) Movli Borçaşvilini məğlub edib.  Ardınca Rəşid Məmmədəliyev (+73) isə Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Azərbaycan komandası 1/8 finalda Yaponiya millisi ilə qarşılaşacaq.

Azərbaycanı qarşıq komanda yarışında təmsil edən cüdoçular

Kişilər

Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq)

Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq)

Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq)

Qadınlar

Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq)

Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq)

Madina Kaisinova (+70 kq) 

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner