“Fənərbaxça” Valbuenaya görə nə qədər xərcə düşüb?

“Fənərbaxça” Valbuenaya görə nə qədər xərcə düşüb?
XƏBƏR 14 İyun 2017 / 00:39 3536
-  A +

Matye Valbuenin “Lion”dan “Fənərbaxça”ya transferini detalları məlum olub.

Qol. az-ın Fransa klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçunun keçidi üçün “Fənər” 1,5 milyon avro ödəyəcək. “Lion” daha 1 milyon avronu gələcəkdə bonus şəklində qazana bilər.

Artıq İstanbulda olan Valbuena tezliklə yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2 il çıxış etdiyi “Lion”da 56 oyunda 9 qol vurub.

Daha çox


Son xəbərlər