“Roma”nın yeni baş məşqçisi müəyyənləşdi

“Roma”nın yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 14 İyun 2017 / 00:18 4377
-  A +

“Roma”nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib.

O, “Roma” üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi “canavarlar”ın şərəfini qoruyub.

Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm “Sassuolo” Avroliqaya vəsiqə qazanmışdı.

 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner