Avropanın nüfuzlu idman kanalı "Eurosport" Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017" veloturu ilə bağlı statistik məlumatları açıqlayıb.
Xatırladaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan yarışda 18 ölkədən 22 komanda mübarizə aparıb ki, onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektiv olub. 5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə ümumilikdə 836 km məsafə qət ediblər.
Açıqlanan hesabata əsasən, turun icmallarını aktiv şəkildə izləyən tamşaçıların sayı 16 milyona yaxın olub. Ümumilikdə isə "Eurosport" kanalına baxan 34,2 milyon tamaşaçı "Tour d’Azerbaïdjan-2017" ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarış haqda məlumatlar alıb. Diqqət çəkən əsas məqam veloturun 4-cü mərhələsinə digər yarış günləri ilə müqayisədə marağın daha çox olmasıdır. Əvvəlcədən də gözlənildiyi kimi, Ağsu dolaylarının marşruta əlavə edilməsi həm yarışın gedişinə, həm də izləmə sayına müsbət təsir göstərib.
"Eurosport" kanalının rəsmi internet səhifəsində yarışla bağlı məlumatları izləyənlərin sayı 1 milyonu keçib. Xüsusən, "Tour d’Azerbaïdjan-2017"ni izləmək üçün 5 səbəb" adlı yazıya fransız və ispan dilli oxucular təfərindən böyük maraq göstərilib.
Yeri gəlmişkən, iyunun 15-i, Bakı vaxtı ilə saat 18:30-da "Eurosport 1" kanalında yarışla bağlı daha bir süjet efirə veriləcək və bu tamaşaçı sayının bir qədər də artacağı anlamına gəlir.
"Eurosport" kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2017" veloturunu ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi