Üç futbolçu Boluda “İnter”ə qoşuldu

Üç futbolçu Boluda “İnter”ə qoşuldu
XƏBƏR 13 İyun 2017 / 00:46 3971
-  A +

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “İnter” bir günlük istirahətdən sonra yenidən hazırlıqları davam etdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi gün ərzində iki dəfə məşq edib.

Artıq müxtəlif yaş qruplarından olan millilərə dəvət almış futbolçular – Səlahət Ağayev, Tərlan Quliyev və Sertan Taşkın da komandanın düşərgəsindədi.

Qeyd edək ki, “İnter” bu gün toplanış çərçivəsində ikinci sınaq matçında digər təmsilçimiz “Zirə” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.30-da başlayacaq.

Son xəbərlər
topaz banner