“Gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə imzalandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var”.
Qol.az-n Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Bursaspor”un prezidenti Əli Ay deyib. O qeyd edib ki, xorvatiyalı mütəxəssislə razılıq əldə ediblər: “70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə bağlamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Odur ki, onunla bağlı son anda problem çıxar deyə başqa namizədimiz də var”.
“Fanatik” qəzetinin yazdığına görə isə Prosineçki artıq “Bursaspor”un təklifini qəbul edib. Qəzet iddia edib ki, dünən DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı oyun Prosineçkinin Azərbaycan millisində son matçı olub. Bu matçdan sonra onun Türkiyəyə gedərək "Bursaspror"la müqavilə bağlayacağı bildirilib.
Xatırladaq ki, xorvat mütəxəssisin AFFA ilə müqaviləsi DÇ-2018-in seçmə mərhələsinin sonunda başa çatır.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar