Millimizin müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığmasına 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
- Təəssüf ki, məğlub olduq. Ümumi baxanda, yaxşı oynadıq. Çalışırdıq ki, topu özümüzdə çox saxlayıb hücumlar quraq. Belfastadakı matça baxanda öz meydanımızda daha yaxşı oynadıq, qol imkanlarımız oldu. Üstünlük bizdə idi. Amma son dəqiqələrdə qol buraxmaq bizim üçün böyük zərbə oldu.
- Daha çox geriyə ötürmə edirdiniz. Bu baş məşqçinin tapşırığı idi, yoxsa hücum qurmaqda çətinlik çəkirdiniz?
- İrəli gedib topu onlara verməkdənsə, özümüzdə saxlayıb, oyuna nəzarət edirdik. Daha çox topla oynamaqla rəqibi əsəbləşdirirdik və onlar topun arxasınca qaçmaqdan yorulurdu. Bir-birilərinin üzərinə qışqırırdılar. Zaman-zaman hücumlar qururduq və pis alınmırdı.
- Prosineçki bugünkü matçda sürpriz olacağını demişdi..
- Bu sualı Prosineçkiyə verin ki, hansı sürprizi hazırlamışdın? Sürpriz o idi ki, bu gün rəqibdən üstün oynadıq. Qol imkanlarımız rəqibdən daha çox oldu. Yəqin ki, sürpriz bu idi.
- Qrupdan çıxmaq şansı azaldı. Bu amil növbəti oyunlar üçün motivasiyanı aşağı salmayacaq?
- Yox, şansımız azalsa da, hələ ümidimiz var. Qarşıda bizi oyunlar gözləyir. Əsas odur ki, öz oyunumuzu daha da yaxşılaşdıraq və qol imkanlarımızdan maksimum istifadə edək.
- İspaniyalı hakimin idarəçiliyindən razı qaldın?
- Hakim xırda epizodları saxlayırdı. Bu da bizim oyunçuların əsəbləşməsinə səbəb olurdu. Çünki rəqib hər xırda foulda topu qapı qarşısına qaldırırdı.
- Qol zamanı nə baş verdi?
- Heç nə, futbolçuları zərbə vurdu, qol oldu (gülür). Sona yaxın komandada yorğunluq özünü göstərməyə başlamışdı. Qabaqda onları sıxa bilmədik və rahatlıqla bizim cərimə meydançamıza doğru irəliləyə bildilər. Nəticədə qapımızda qol gördük.
Məftun RƏSULZADƏ
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar