“Biz oynadıq, rəqib qol vurdu” - Cavid Hüseynov

“Biz oynadıq, rəqib qol vurdu” -  Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 11 İyun 2017 / 01:08 3314
-  A +

“Futbolu biz oynadıq, rəqib qol vurdu. Nə edə bilərik? Bir neçə şansımız oldu. Amma yararlana bilmədik. Rəqib isə heç nədən qol vurdu. Onlar üçün hədiyyə idi. Qol vurduqlarına özləri də inana bilmirdilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçu Cavid Hüseynov DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya uduzduqları oyundan (0:1) sonra söyləyib.

O,  rəqibin son dəqiqə qol vuracağını gözləmədiyini deyib:

“Rəqibin son dəqiqələrdə qol vuracağını düşünmürdüm. Çünki müdafiəçilərimiz çox yaxşı oyun sərgilədilər. Son dəqiqəyə qədər onlara oynamaq imkanı vermədik. Məğlub olduğumuza görə çox təəssüflənirəm, danışmağa söz tapa bilmirəm”.

29 yaşlı yarımmüdafiəçi rəqibin bütün həmlələrinə yaxşı cavab verdiklərini bildirib:

“Nəinki standart vəziyyət, bütün həmlələrin qarşısını kəsməyə hazır idik. Düşünürəm ki, oyunboyu rəqibə yaxşı müqavimət göstərdik. Burazdığımız qola gəlincə, şoka düşmüşdük”.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu