“Bütün Azərbaycan xalqı şok yaşayır” - Kamran Ağayev

“Bütün Azərbaycan xalqı şok yaşayır” -  Kamran Ağayev
ÖLKƏ FUTBOLU 11 İyun 2017 / 00:05 6382
-  A +

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandamız Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Qol.az xəbər verir ki, matçdan sonra yığmamızın qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb:

- Görüşə yaxşı hazırlaşmamışdıq. Amma təəssüflər olsun ki, nəticə əldə edə bilmədik. Adam danışanda kövrəlir. Danışmasam, daha yaxşı olar.

- Belə şoku son dəfə nə vaxt yaşamışdın?
- Belə şeylər idmanda olur. Yəqin tək biz yox, bütün Azərbaycan xalqı şok yaşayır.

- Oyun ərzində çox rahat idin. Bu nədən irəli gəlirdi?
- Mən öz işimi görürdüm. Biz bilirdik ki, uzun toplarla oynamaq olmaz. Bu, rəqibə sərf edəcəkdi. Onlar boy baxımından da bizi qabaqlayırlar. Qısa ötürmələrlə oyunu qururduq. Bizə deyilənə uyğun oynadıq. Sadəcə, lazımsız dəqiqədə lazımsız qol buraxmaq yerinə düşmədi.

- Oyun ərzində heç düşündün ki, bu qədər qol şansını qaçırdığımız üçün “vurmayana vurarlar” deyimi özünü göstərəcək?
- Həyatda hər şeyə hazır olmaq lazımdı. İdmandı belə şeylər olur. Olmasa daha yaxşı olar. Çünki bunu həzm etmək çətindi.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə