"Azarkeşlərə təşəkkür edirik. Həqiqətən də 90 dəqiqə möhtəşəm dəstək oldular. Milli komandamız isə əla oyun nümayiş etdirdi. Mübariz oyun sərgilədik".
Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində millimizin Şimali İrlandiyaya uduzduğu oyunu (0:1) şərh edərkən deyib.
"Komanda yaxşı oyun göstərsə də uda bilmədi. Əvəzində isə son dəqiqədə rəqib qol vurdu. Həmin anda bilmirsən ki, futbolu sevəsən, ya sevməyəsən. Bu da futbolun 90 dəqiqə oynayıldığını göstərir. 90 dəqiqə ərzində şanslarımız oldu" - deyə o bildirib.
Daha sonra E.Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
- Bundan sonra şanslarımızı necə dəyərləndirirsiniz?
- Təbii ki, şans var. Amma artıq 4 oyun qalıb, şansımız azalıb.
- Artıq yığmamız AÇ-2020-ni düşünə bilər?
- Bu kampaniyanın əvvəlində “Niyə də yox” süarını elə belə seçməmişik. Bizim əsl məqsədimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdır.
- Robert Prosineçkinin adı “Bursaspor”la hallanır. Onun yığmadakı taleyi necə olacaq?
- Bununla bağlı müzakirə olmayıb. Qeyd etmişik ki, Prosineçkinin ilin sonuna kimi bizimlə müqaviləsi var. Bu məsələyə qayıtmaq məqsədəuyğun deyil. Prosineçki bununla bağlı danışmır və bizə müraciət də etməyib. Əvvələr də mətbuat yazırdı ki, “Bursaspor” Prosineçkini Türkiyəyə aparır. Amma sonradan yalan çıxdı. “Bursaspor” rəsmiləri bildirirdilər ki, AFFA rəsmiləri ilə görüşüblər. Amma onlar heç də AFFA ilə danışıqlar masasına oturmaylb. Biz heç onları tanımırıq. Telefon zəngimiz də olmayıb.
- Böyük ümidlərlə gözlədiyimiz Renat Dadaşov bu matç da iştirak ərizəsinə salınmadı.
- Prosineçki dünənki konfransda bildirdi ki, Renat yaxşı və güclü oyunçudur. Ancaq onun vaxtı gəlməyib. Gəlin, səbirli olaq. Məşqçinin yəqin ki, öz planları var.
- Rövnəq Abdullayev futbolçularla görüşdümü?
- Rəsmi qonaqlarmız var idi. Mən görüşdüm və Rövnəq müəllimin də adından komandaya təşəkkür etdim. Gözəl oyun sərgilədilər. Son dəqiqə qoluna görə hamımız üzüldük.
- Hesab sizcə, necə olmalı idi?
- Belə deyək, heç-heçə olsaydı, deyərdik ki, kaş udarıq. Amma bu hesabdan sonra görürük ki, heç-heçə də yaxşı nəticə olardı.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar