“Çox danışmaq istəmirəm. Futbolda belə hadisələr olur. Bir komanda oynayır, digəri qalib gəlir. Komandam çox gözəl oyun nümayiş etdirdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçirilən oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
- Baxımlı oyuna görə sizə təşəkkür edirik. Futbolçuları digər oyuna kökləmək sizin üçün çətin olmayacaq ki?
- İndi futbolçular dincəlməyə gedir. Daha sonra “Qarabağ” və “Qəbələ” avrokuboklarda çıxış edəcək. Komandam bu gün az səhvə yol verdi. Demək olar ki, 70 faiz top bizdə oldu. Bir neçə yüzfaizli qol imkanımız oldu. Namiq Ələsgərova qarşı rəqib kobudluq etdi. Hakim bunu görmədi.
- Millimizin oyun sistemi “Qarabağ”a bənzəyirdi. Növbəti oyunlarda da belə olacaq?
- Mən bura gələndən eyni sistemlə oynayırıq.
- Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt “udurdu”. Bu fikirlə razısınız?
- Yadınızdadırsa, 70-ci dəqiqədən sonra bizim 2 qol şansımız oldu.
- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Sizin sürpriziniz bu idi?
- Onu deyə bilərəm ki, bu gün meydanda güclü Azərbaycan millisi var idi. Rəqib 10 nəfərlə müdafiə olunurdu. Belə komandaya qarşı oyunda 4 qol imkanı yaratdıq. Əgər bunların 2-ni qola çevirsəydik, Azərbaycanın ən yaxşı oyunu olardı. Norveçə qarşı belə oynaya bilmədik.
- Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıqlara gedəcəksiniz.
- Bu suala cavab vermək istəmirəm.
- Bilmək istəyirik ki, dekabra qədər millimizdə qalacaqsınız?
- Həqiqətən getməyimi istəyirsinizsə, gedərəm. Mən ilk növbədə AFFA rəhbərliyi ilə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm.
- Stadiona 30 min azarkeş gəlmişdi. Onlara sözünüz varmı?
- Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım canla-başla vuruşdular. Bacardıqlarını etdilər. Bəli, futbolda nəticə çox vacibdi. Amma uşaqlar bu gün əllərindən gələni etdilər.
- Riçard Almeydanın oyunu haqda nə deyə bilərsiniz? Milliyə uyğunlaşa bilib?
- Almeyda artıq 6 ildir Azərbaycandadır. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Maksimi, Qaranı, Rəşadı, Bədavini, Namiqi, Əfranı tanıyır. Almeyda onları məndən yaxşı tanıyır. Uyğunlaşma prosesində çətinliyi yoxdu. Deyə bilərəm ki, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridir. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdır. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar