"Qarabağ"ın bütün potensial rəqibləri - siyahı

"Qarabağ"ın bütün potensial rəqibləri - siyahı
ÖLKƏ FUTBOLU 5 İyun 2017 / 00:08 6994
-  A +

Ölkəmizi yenidən Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Qol.az xəbər verir ki, Ağdam klubu ilə yanaşı, II təsnifat mərhələsundə daha 33 komanda mübarizə aparacaq.

Yarışa II mərhələdən qoşulan 29 komandaya püşk zamanın I təsnifat mərhələsini uğurla adlayan 5 kollektiv də qoşulacaq. 34 komanda hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkündən öncə səbətlərin tərkibi belədir:

Səpələnmişlər

“Seltik” (Şotlandiya) - 42,785

“Zalsburq” (Avstriya) - 40,570

“Kopenhagen” (Danimarka) - 37,800

“Lüdoqorets” (Bolqarıstan) - 34,175

BATE (Belarus) - 29,475

“Legiya” (Polşa) - 28,450

APOEL (Kipr) - 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) - 18,050

“Malmö” (İsveç) - 16,945

“Astana” (Qazaxıstan) - 16,800

“Partizan” (Serbiya) - 16,075

“Riyeka” (Xorvatiya) - 15,550

“Rusenborq” (Norveç) - 12,665

“Şerif” (Moldova) - 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) - 10,875

“Hafnarfyordur” (İslandiya) - 6,175

Səpələnməmişlər

“Jilina” (Slovakiya) - 5,850

“Jalgiris” (Litva) - 5,825

“Dandalk” (İrlandiya) - 5,815

“Vardar” (Makedoniya) - 5,125

“Dudelanj” (Lüksemburq) - 4,975

“Kukesi” (Albaniya) - 4,550

“Zrinski” (Bosniya və Herseqovina) - 4,050

“Buduçnost” (Monteneqro) - 3,300

“Honved” (Macarıstan) - 2,900

“Mariehamn” (Finlandiya) - 2,030

“Spartak” (Latviya) - 1,975

“Samtredia” (Gürcüstan) - 1,525

I təsnifat mərhələsinin 5 qalibi

Qeyd edək ki, Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. 11-12 və 18-19 iyulda isə II təsnifat mərhələsinin oyunları keçiriləcək.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq