Qriqorçuk qayıdır

Qriqorçuk qayıdır
ÖLKƏ FUTBOLU 4 İyun 2017 / 18:12 5116
-  A +

İyunun 7-də Roman Qriqorçuk "Qəbələ"nin düşərgəsinə qoşulacaq.

Bu haqda Qol.az-a “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. Ukraynalı mütəxəssis bundan sonra klubu ilə yeni müqavilə imzalayacaq.

Hələlik isə “Qəbələ” yerli futbolçuların iştirakı və Roman Qriqorçukun köməkçilərinin nəzarəti ilə məşqləri davam etdirir. İyulun 7-dən legioner futbolçular da komandanın düşərgəsinə qoşulacaq və toplanış üçün "Qəbələ" Avstriyaya gedəcək.

Xatırladaq ki, R.Qriqorçukun “Qəbələ” ilə müqaviləsi 2016/17 mövsümündə başa çatıb. Klub onunla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gəlib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq