Reynaldo üçün uğursuzluq – 1 qol belə vura bilmədi

Reynaldo üçün uğursuzluq – 1 qol belə vura bilmədi
ÖLKƏ FUTBOLU 4 İyun 2017 / 11:46 7396
-  A +

Qış transfer pəncərəsində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo Silva dünən Türkiyə superliqasında “Fənərbaxça” ilə matçda iştirak edib.

Qol.az-ın xəbərinə görə, Adana təmsilçisinin öz meydanında 1:3 hesabı ilə uduzduğu bu qarşılaşmada brazilyalı oyunçu 74-cü dəqiqədə meydana daxil olub və əvvəlki matçlarda olduğu kimi, yenə qol vurmağı bacarmayıb.

Ümumiyyətlə, Reynaldonun “Adanaspor”dakı karyerasını uğursuz hesab etmək olar.  O, yeni klubunda bütün matçlarda ehtiyatda qalıb, superliqada cəmi 9 oyunda iştirak edib və 1 qol belə vura bilməyib.

Qeyri-rəsmi xəbərlərə görə, “Adanaspor” Reynaldo ilə yolları ayıra bilər.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner