“Qarabağ” baş meneceri Asif Əsgərov Avropa Klubları Birliyi və Stokholm Biznes Universitetinin birlikdə təşkil etdiyi klub idarəçiliyi haqda proqramı uğurla başa vuraraq, sertifikatla təltif edilib.
Qol.az-ın klubun saytına istinadən xəbərinə görə, 40-dan çox klub nümayəndəsinin qatıldığı kursun mükafatlandırma mərasimi Polşanın paytaxtı Varşava baş tutub.
Proqram haqda danışan baş menecer bildirib ki, bu, bir ilkdir: “Son 10 ildə UEFA məşqçiliyin inkişaf etməsi üçün B, A və Pro kateqoriyalı məşqçilik kursları keçirməyə başladısa, ali futbol qurumu da klub idarəçiliyi ilə bağlı da işlər görməyə də start verib. Avropa Klublar Birliyi (ECA) də bu xəttə uyğun olaraq, ilk dəfə klub idarəçilərinin menecmentinə uyğun olaraq belə bir proqram hazırladılar. 2016-cı ilin yanvarından bu proqram başladı və 18 ay davam etdi. Bu proqram 7 (6+1) moduldan, hər modul isə iki hissədən ibarət idi. Bu modullar futbol idarəçiliyi ilə bağlı sahələri əhatə edirdi. Məsələn, bir modulda klub daxili və xarici mühitin idarə olunması, başqa bir modulda oyun günü idarəçiliyi, digərində hüquqi futbol, transfer çalışmaları və s”.
O, proqramın üstünlüklərindən danışıb: “Burada nəyisə kitabdan oxuyub onu cavab vermək deyə bir sistem yox idi. Klub rəsmilərinin idarəçilik qabiliyyəti yoxlanılırdı. Burada “TOP-5” və yüksək əmsallı klublarının uyğun bölümlərinin rəhbərləri seminar keçirdi və buna da uyğun olaraq imtahan verirdik. Hər modul məşhur bir stadionda keçirilirdi. Seminarlar “Visente Kalderon” (“Atletiko” ), “Allianz Arena” (“Bavariya”), “Park Olimpik Lyon” (“Lyon”), “Draqao” (“Portu”) və “Legiya” (Legiya) stadionlarında baş tutdu. 40 klubun nümayəndəsi bu proqramda iştirak etdi. Yekun olaraq isə, 31 sertifikat təqdim olundu. İtaliyanın “İnter” və “Milan”, Yunanıstanın “Olimpiakos”, İngiltərənin “Tottenhem” və digər böyük klubların menecerləri də bu proqramda iştirak edirdi. Türkiyədən “Beşiktaş” və “Fənərbaxça”nın idarəçiləri bu proqrama qoşulsa da, sonda yalnız “Fənərbaxça” rəsmisi sertifikatla təltif edildi”.
Əsgərovun sözlərinə görə, bu proqramın ardı da olacaq: “Proqram 6+1 moduldan ibarət idi, həmin +1 modul Avropa Klublar Birliyinin Stokholm Biznes Universiteti ilə birlikdə keçirdiyi layihəydi. Layihəyə uyğun olaraq Stokholm Universitetində 2 gün ərzində oranın professorları tərəfindən idarəçilik haqda mühazirələr dinlədik. Daha sonra imtahanlardan keçdik və nəticəsi olaraq da mayın son günü “Legiya” stadionunda sertifikatlarla təltif edildik. Bu layihə uğurlu başa çatdığına görə, noyabrdan klub idarəçiləri üçün “CMP-2” proqramı başlayacaq və o da 18 ay davam edəcək. Arzum futbolumuzun inkişafı üçün digər Klub idarəçilərimizin də burada iştirakı, təcrübəsinin artırılmasıdı. Dünən diplomların təltifetmə mərasimi Polşada baş tutdu və İsveçin Polşadakı səfiri, “Legiya” klubunun sahibi və Avropa Klublar birliyinin sədri, eyni zamanda, “Bavariya” klubunun İdarə Heyətinin sədri Karl Haynz Rummenigge də mərasimdə iştirak etdi. Onlar da bildirdi ki, klub idarəçiliyi baxımından gələcəkdə Avropa klublarının idarəçilərinin belə bir diplomların alması vacib hala çevriləcəkdi”.
Yuxarı
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı