Ramil Quliyev Türkiyəyə qızıl medal qazandırdı

Ramil Quliyev Türkiyəyə qızıl medal qazandırdı
XƏBƏR 16 May 2017 / 20:44 5210
-  A +

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Qol.az-ın məlumatına görə, 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edib.
Azərbaycanı təmsil edən Kamran Əsgərov  11,04 saniyə nəticə ilə 6-cı, Ramiz Məlikov isə 11,26 saniyə göstərici ilə 7-ci olub. İdmançılarımız yarımfinala yüksələ bilməyib.
 
Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.

Son xəbərlər