Anastasiya Azərbaycana növbəti qızılı qazandırdı

Anastasiya Azərbaycana növbəti qızılı qazandırdı
XƏBƏR 15 May 2017 / 14:17 2649
-  A +

Azərbaycan IV İslam Oyunlarında ağır atletika yarışında da qızıl qazanıb.

Qol.az-ın xəbərinə görə, Anastasiya İbrahimli birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırdı.

Toplam 219 kq (100+119) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxıb.

Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.


Son xəbərlər
topaz banner