Fariz Məmmədov – bu ad çoxlarına tanışdır. Onun idman sahəsində gördüyü işlər, uğurları danılmazıdır. Təbii ki, o, sadəcə bir idmançı deyil, həm də vətən uğrunda canını belə qoymağa hazır olan biridir.
12 yaşı olanda böyük qardaşları ilə birgə müharibədə, ön cəbhədə vuruşub. O, gözünü belə qırpmadan Azərbaycanın şərəfini qorumaq üçün ön cəbhədə əlinə silah alan igidlərdəndir.
Fariz Məmmədovun Vətən üçün etdikləri göz qabağındadır. Ötən il boksçu kimi karyerasını başa vursa da Azərbaycan üçün çalışmağa davam edir. Belə ki, Yay Olimpiya Oyunlarında “Qəbələ” klubundan onun rəhbəri olduğu boks bölməsindən iki idmançı mükafat qazandı. Azərbaycanın medal ehtiyatını artırdı.
O bildirib ki məqsəd bu medalların sayını daha da artırmaqdır. İndi islamiadada F. Məmmədovun rəhbərlik etdiyi bölmədən 4 boksçu iştirak edəcək. Keçmiş boksçunun özü hər bir idmançının medal şansını yüksək dəyərləndirir. Mütəxəssislər də həmin boksçulardan ən az üçünün medal götürəcəyindən çox əmindirlər.
Qəribədir ki, son vaxtlar bəziləri onun həbs həyatını daha da qabartmağa çalışırlar. Uşaq yaşında anasının əlini buraxıb, təhsilini yarım qoyan Fariz Məmmədovun Vətən üçün etdiklərini danmaq olmaz.
Qəribədir ki, onun həbsdə yatmasını daha çox qabardırlar, nəinki Vətən üçün uşaqlığını, gəncliyini qurban verməsini…
O, müsahibəsində öz keçmişindən danışaraq, gəncləri bu yoldan çəkindirmək üçün bu yolda olanlarla danışıqlar aparmasını belə vurğulayır. O hazırda gənc boksçuları sağlam, vətənpərvər ruhda böyütmək üçün çalışır. Özünün də dediyi kimi, məqsədi Azərbaycanda boksun inkişafını sübut etməkdir.
Niyə düşünmürük ki, biz onu bir dəfə itirdik, 7 il sonra yenidən qayıtdı. Amma Fariz Məmmədovun bu qayıdışı doğrudan da möhtəşəm oldu. İlk rəqibi erməni idmançıya şans belə vermədən öz gücünü sübut etdi. Azərbaycan bayrağına, ölkəsinə olan sevgisi həmişə onu uğurlara doğru aparıb. Onu Azərbaycana qaytaran xalqın sevgisi olub. Keçmiş boksçumuza olan hörmət, sevgi hələ də davam edir. Fariz Məmmədov peşəkar boksda Avropa və Dünya çempionudur. Dəfələrlə bu idman növündə ilklərə imza atıb. Azərbaycan bayrağını qürurla yüksəldən boksçumuzdan bundan sonra qələbələrə imza atacaq tələbələr gözləyirik.
Mənbə: yenicag.az
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq