Azərbaycan millisinin boksçusu Teymur Məmmədov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın məlumatına görə, 91 çəki dərəcəsində rinqə çıxacaq 24 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Təlim-məşq toplanışımız çox yüksək səviyyədə davam edir. Güclü məşqlər keçirik. Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırırıq. Hiss edirəm ki, mən və komanda yoldaşlarım ən yaxşı formamamıza çatırıq”.
Avropa Oyunlarının və qitə çempionatının qalibi Bakı-2017-dəki hədəflərindən də danışıb. O bildirib ki, komandanın hər bir üzvü çempionluğa iddialıdır: “Düşərgəmizdə yüksək ab-hava hökm sürür. Hər birimiz İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Düzü, mən və digər boksçular qızıl medaldan başqa heç nə haqda düşünmürük. Hər birimizin məqsədi çempion olmaqdır. İslamiadada ikinci və ya üçüncü yerlər barədə fikirləşmirik. Məncə, yaxşı mübarizə aparsaq, 10 çəkinin hamısında birinci yeri tutmaq gücündəyik”.
Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısının sözlərinə görə, Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da yarışın ən güclü yığması adını qazanmağı hədəfləyiblər.
Bakıya gələcək yığmaların heyəti açıqlanmadığından T. Məmmədov da rəqibləri haqda fikri bildirməyin tez olduğunu qeyd edib: “Rəqiblər barədə hələ dəqiq nəsə deyə bilməyəcəm. Bakıya gələcək yığmalar məlumdur. Amma həmin ölkələrin bir və ya iki nömrə ilə yarışa qatılacağı barədə məlumatım yoxdur”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı