“Hazırda Ronaldo səviyyəsində deyilsə, günah özündədir”

“Hazırda Ronaldo səviyyəsində deyilsə, günah özündədir”
XƏBƏR 6 May 2017 / 00:01 5111
-  A +

İtaliyalı baş məşqçi Roberto Mançini sabiq futbolçusu Mario Balotelli haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlama verən 52 yaşlı çalışdırıcı “İnter”də birlikdə çalışdığı Balotellinin Kriştiano Ronaldonun potensialına sahib olduğunu, ancaq onun səviyyəsinə çata bilmədiyini deyib:

“Balotelli yaxşı insandır. Amma hissləriylə hərəkət edir. Nə qədər çox istedadınız olsa belə, ağlınızla hərəkət etməsəniz, uğur qazana bilməzsiniz. Mən onu ilk dəfə görəndə Ronaldonun potensialına sahib olduğunu demişdim. Hazırda Ronaldo səviyyəsində deyilsə, günah özündədir”.

Qeyd edək ki, R. Mançini ilk olaraq 2004-2009, daha sonra 2014-2016-cı illərdə “İnter”i çalışdırıb.

Daha çox


Son xəbərlər