Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” veloturuna start verilib.
Qol.az-ın xəbərinə görə, ilk yarış günündə iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında finiş xəttini keçiblər.
150 km məsafəni hamıdan tez İsrailin Pro-kontinental "İsrael Cycling Academy" komandasının üzvü Mikel Raim keçib - 3 saat, 4 dəqiqə, 11 saniyə. Latviyanın kontinental "Rietumu Banka-Riga" komandasının təmsilçisi Emils Liepins və İtaliyanın Pro-Kontinental "Nippo Vini-Fantini" klubunun velosipedçisi Pyer Paolo de Neqri mərhələ qalibi ilə eyni vaxt göstəricisinə imza atsalar da, fotofinişə əsasən 2-3-cü yerləri tutublar. Azərbaycanın kontinental "Synergy Baku" komandasının üzvlərinin hamısı marşrutu ümumi pelotonda başa vurublar.
Mərhələ qalibiyyəti Mikel Raimi həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o mavi rəngli "Synergy" köynəyinə yiyələnib. Bundan başqa, Raim aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyinə də sahib çıxıb.
Mərhələnin ən yaxşı dağ velosipedçisi Ukraynanın kontinental "Kolss" komandasının üzvü Vitaliy Buts olub və o qırmızı rəngli "AZAL" köynəyinə layiq görülüb. ABŞ-ın Pro-kontinental "Novo Nordisk" klubunun təmsilçisi Mehdi Benhamuda isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təltif ediblər. Bundan başqa, Zakir Fərəcov mərhələ qalibini və Azərbaycanın "Synergy Baku" komandasının xüsusi xatirə hədiyyələri ilə təltif edib.
Mayın 4-də yarışın 2-ci mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar paytaxt Bakıdan İsmayıllıyadək olan 187 km məsafəni qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
Yuxarı
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi