"Lazımsız söhbətlər edirik. Bu cür söz-söhbətlərdənsə yeni futbolçularımızın yetişməməsindən, klublarda yerli futbolçuların liderlik edə bilməməsindən danışmaq lazımdır"
"Mən həmişə millidə yerli futbolçuların oynamağını istəmişəm. Ancaq etiraf edək, elə legionerlər var ki, futbolçularımız onlardan nəsə öyrənə bilər".
Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
"Qarabağ"ın futbolçusu Riçard Almeydanın millimizə cəlb edilməsinə münasibət bildirən yığmamızın sabiq baş məşqçisi braziliyalı yarımmüdafiəçinin yerli oyunçuların hamısından güclü olduğunu da deyib: "Milliləşdirilmiş oyunçu əsas heyətdə oynamalı və komandanın liderlərindən olmalıdır. Bir çox ölkələr milliləşdirilmiş futbolçulardan fayda görüb. Ancaq biz görməmişik. Almeyda çox güclü futbolçudur. Amma son vaxtlar aşağı səviyyədə çıxış edir. Bu da hər futbolçuda ola bilər. Gəlin, açıq danışaq. Almeyda bizim futbolçulardan güclüdür. Biz yerli futbolçuların millidə oynaması üçün asan yol axtarırıq. Bəs yerli futbolçular öz oyunu ilə milliyə layiq olduqlarını sübut edirlərmi?”
Məşqçilər Komitəsinin üzvü olan A.Mircavadov Almeydanın milliləşdirilməsi zamanı AFFA-nın komitə üzvləri ilə məsləhətləşmədiyini bildirib: "Biz bu işlərə müdaxilə etmirik. Səlahiyyətimizdə olan məsələ deyil. Amma bizdən soruşanda fikrimizi bildiririk. Biz əsasən yerli futbolçularla bağlı işlər görürük. Artıq üç ildir Məşqçilər Komitəsi deyir ki, milli komanda ilə klublar arasında sıx əlaqə olmalıdır. İstedadlı uşaqlar var, ancaq onları üzə çıxarmaq lazımdır. Millimizin gələcəyi olan futbolçular var. Əsas məsələ isə onları inkişaf etdirməkdir. Bununla bağlı məşqçilər çox iş görməlidir".
Topaz Premyer Liqasının səviyyəsinin aşağı olduğunu deyən Mircavadov bunun səbəbini komandaların sayının az olması ilə əlaqələndirib: "Səkkiz komandalı çempionatın nə səviyyəsi olacaq? Gərginlik var, amma komandaların oyunu xoşuma gəlmir. Düzdür, futbolçular hamısı qaçır, ancaq içərilərində bir ağıllı hərəkət edən görmürük. Çox nadir hallarda olur. Əvvəllər daha çox perspektivli futbolçular üzə çıxırdı. Səkkiz komandalı çempionatda isə yeni futbolçuların yetişməsi çətindir”.
A.Mircavadov son vaxtlar futbol ictimaiyyətinin futboldankənar söhbətlərə daha çox yer verməsindən narahat olduğunu qeyd edib. O, "Qarabağ"la "Zirə"nin yaxınlığı ilə bağlı yayılan söz-söhbətlərin yersiz olduğunu vurğulayıb: "Bir vaxtlar "İnter"lə "Simurq"un yaxınlığından danışırdılar. O vaxt bir komissiya təşkil olundu, getdik Zaqatalaya. Oyun 1:1 hesabı ilə başa çatdı. Heç bir şübhəli məqam aşkarlanmadı. İndi də "Qarabağ"dan danışırlar. Bəli,"Qarabağ" və "Zirə" klubu bir-birilə səmimidir. Ancaq səmimilik başqa, oyun başqadır. Onsuz da bu gün "Qarabağ" "Zirə"yə qalib gəlmək gücündədir. Bu cür fikirlər absurddur. "Qarabağ"ın növbəti xal itkisi çempionluqdan əlini üzməsi ilə nəticələnə bilər. Ona görə də var gücünü ortaya qoyub. Biz azərbaycanlıyıq. Əsas şeyləri görmürük, lazımsız söhbətlər edirik. Bu cür söz-söhbətlərdənsə yeni futbolçularımızın yetişməməsindən, klublarda yerli futbolçuların liderlik edə bilməməsindən danışmaq lazımdır".
Türkiyə millisi pley-offun finalında
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər