“Zirə”nin qapıçısı Kamal Bayramov Qol.az saytına müsahibəsi verib. O, əvvəlcə Topaz Premyer Liqanın 21-ci turunda “Neftçi”yə qalib gəldikləri oyun (2:1) haqda danışıb.
- “Neftçi” heyətini xeyli gücləndirib. Rəqibə qarşı necə lazımdır hazırlaşmışdıq. Rəqibi düzgün analiz edə bilmişdik. Güclü rəqibə qarşı oynadıq. Sevinirəm ki, belə bir oyunda üç xal əldə etdik.
- “Neftçi” futbolçuları “Zirə”nin bir şey etmədiyini, oyunu öz əlləri ilə verdiklərini bildirir.
- Oyun canlı yayımlanırdı. Hamı necə oynadığımızı gördü. Hər iki komanda sürətli hücumlar qururdu. Demək olar ki, oyun sona qədər yüksək tempdə davam etdi. Bizim qolumuz da, yaratdığımız epizodlar da hamısı düşünülmüşdü. Bunların üzərində işləmişdik. “Neftçi” futbolçularının şəxsi fikrinə nəsə deyə bilmərəm. Hərənin futbola öz baxışı var.
- Uzun müddətdir meydana çıxmasan da, “Neftçi” ilə görüşdə oyun təcrübəsindən əziyyət çəkməyin hiss olunmurdu. Əksinə, yaxşı təsir bağışladın.
- Çox oynamasam da, daim məşqlərə ciddi yanaşıram. Hər an Anar Nəzirovu əvəzləyə bilərəm. Bu məsuliyyəti dərk edəndə təbii ki, hazırlıqlı olmalısan. 31 yaşım var. Bu yaşdan sonra meydanda həyəcanlanacamsa... Düzdür, oyun təcrübəsi lazımdır. Amma bunun çıxışıma o qədər də təsiri yoxdur. Ümumi komandada oyunun mahiyyətinin həyəcanı var idi. Üçüncü dövrədə “Neftçi” də 11 xal yığmışdı, biz də. Hər iki komanda yüksəlişdədir. Uduzsaq, “Neftçi” bizimlə xal fərqini üçə endirəcəkdi. Bütün bunların həyəcanı var idi.
- “Zirə”nin yüksəlişdə olduğunu görürük. Komandada nə dəyişib?
- Təcübəli legionerlər gətirildi. Bütün komanda düşdüyümüz vəziyyətin mahiyyətin dərk etdi. Çox şey itirmişdik. Gec də olsa, bunu dərk elədik. Hər komandada olduğu kimi bizdə də eniş var idi. Artıq uğurlu nəticələr gəldikcə uşaqlarda inam yaranır. Bu da əlavə bir motivasiyadır.
- Göstərdiyin son iki oyunla əsas heyətdə möhkəmlənə bilərsən?
- Bizdə əsas və ya ehtiyat qapıçı anlayışı yoxdur. Qapı mövqeyi elədir ki, bunu hər oyun dəyişmək olmaz. Qapıçını nadir hallarda dəyişərlər. Ayxan müəllim mənə şans verdi, iki oyun qapıda dayandım. Şükürlər olsun ki, nəticəmiz yaxşı oldu. Bizdə Abdulla adlı gənc qapıçı da var. Hər üçümüz eyni məsuliyyətlə çalışırıq. Mən ehtiyyatda olanda da elə bilirəm ki, Anar Nəzirovla birgə qapıda dayanmışam.
- Əsas heyətdə yer alıb, milliyə dəvət almaq ürəyindən keçmir?
- Bizim elə bir kollektivimiz var ki, ancaq komandanın xeyrini düşünürük. Kimsə fikirləşmir ki, mən meydanda çox olum ki, milliyə də dəvət alım. Heç vaxt belə fikirdə olmamışıq. Mənim isə millidən dəvət gözləməyim ayıb olar. Çünki cəmi iki oyunda meydana çıxmışam. Millimizin Kamran, Səlahət, Anar kimi qapıçıları var.
- Bəs Şahruddin? Robert Prosineçki Qətərlə oyun üçün ona da dəvət göndərib. O da sənin kimi xeyli vaxtdır meydana çıxmır.
- Şahruddin 2 il U-21 millimizin əsas qapıçısı olub. Bugünkü qapıçılarımızın 30-dan çox yaşı var. Onların arxasınca bir gənc qapıçı gəlməlidir, axı. Şahruddin 1 aydır oynamır, mən isə bir ilə yaxındır.
- Ancaq həm də hiss olunur ki, özünü milli komanda üçün bir qədər yaşlı hesab edirsən.
- Yox, özümü qoca hiss etmirəm. Zədələnməsəm, karyeramı 40 yaşımda bitirəcəm. Siz deyin görək, Şahruddinin əvəzinə kimi çağırsın baş məşqçi?
- Aqil Məmmədovu...
- Bəli, Aqili çağırmaq olardı. Ancaq hər məşqçinin öz fikri var. Baş məşqçi bütün düşündüyünü futbol ictimaiyyəti ilə bölüşə bilməz. Yəqin ki, bildiyi bir şey var. Son vaxtlar hamı deyir ki, mən millidən təklif gözləyirdim, dəstək gözləyirdim. Sabah bütün məsuliyyət baş məşqçinin üzərinə düşəcək. Elə bir futbolçu yoxdur ki, millidə oynamaq istəməsin. Ancaq gərək buna layiq olasan. Mən digər qapıçı həmkarlarımın müsahibələrini də oxumuşam. Onların fikrinə qatılmıram. Şahruddinin milliyə dəvət olunmasını normal qarşılayıram. Prosineçki əvvəlcədən demişdi ki, milliyə gənc qapıçı dəvət edəcəm.
Ramiq AĞAMƏMMƏDOV
Türkiyə millisi pley-offun finalında
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər