“Futbolçularım oyunu rəqibə hədiyyə etdi” – Şahin Diniyev

“Futbolçularım oyunu rəqibə hədiyyə etdi” –  Şahin Diniyev
ÖLKƏ FUTBOLU 6 Mart 2017 / 01:10 2051
-  A +

“Acınacaqlı şəkildə xal itkisinə məruz qaldıq. Demək olar ki, 90 dəqiqə üstünlüyümüzlə keçən oyunda müdafiəçilərin məsuliyyətsizliyindən, uşaq səhvindən qol buraxdıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 21-ci turunda AZAL-la keçirilən oyundan (1:1) sonra deyib.

O, komandasının son anda qələbəni əldən verməsinə təəssüflənidiyini bildirib: “Kimisə tək günahlandırmıram, komanda olaraq yaxşı mübarizə apardıq. Meydançanın belə olması kombinasiyalı futbol oynamağa, daha çox ötürmələr etməyə imkan vermirdi. Uzun ötürmələr hesabına cərimə meydançasına daxil olmaq mümkün olurdu. Bundan AZAL istifadə edə bildi. Əfsuslar olsun ki, biz ikinci qolu vura bilmədik. Öz əlimizdə olan oyunu verdik. Nə qədər çətin olsa da, bunu da yaşamalıyıq. Futbolun sevinci olduğu kimi kədəri də var. Nəsə demək çox çətindir. Futbolçularımız öz əlləri ilə oyunu rəqibə hədiyyə etdilər”(kapazpfc.az)

Daha çox


Son xəbərlər