"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın 20-ci turunda Bakı "İnter"inə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Oyun haqqında nə düşünürsən? “İnter”dən belə oyun gözləyirdiniz?
- Qələbə üçün meydana çıxmışdıq. “İnter”in bizə qarşı güclü oyun göstərəcəyini bilirdik. Şanslardan yararlana bilmədik və üç xal itirdik. Amma qarşıda hələ matçlarımız var.
-Hücumda bir qədər zəif təsir bağışladınız..
- Mən belə düşünmürəm. İlk hissədə bir neçə real qol imkanlarımız oldu, son nöqtəni qoya bilmədik. Amma bu matçda aparıcı futbolçularımızın yoxluğu hiss olundu. Dani Kintanın yoxluğundan əlavə, iki gün öncə Dino Ndlovu da zədələndi və bu matçı buraxdı. Hamımız bilirdik ki, “İnter”ə qol vurmaq çətin olacaq.
- Qış fasiləsində komandanı tərk edən Reynaldonun yoxluğu hiss olunurdu?
- O, artıq başqa komandada oynayır. Bu haqda danışmaq düzgün olmazdı.
- Bu matçdan öncə əsas rəqibiniz “Qəbələ” səfərdə “Kəpəz”lə heç-heçə etdi və xal itirdi. Bu, sizə əlavə bir motivasiya vermişdi?
- Bizə motivasiya verdiyini düşünmürəm. Ancaq biz də qələbə qazanıb, liderliyə yüksəlmək istəyirdik. Danışalacaq çox söz yoxdur, liderliyi əldən verdik.
- Oyundan sonra azarkeşlərlə futbolçularınız arasında nə baş verdi?
- Azarkeşlər məğlubiyyətə etiraz edirdi. Onlar da istəyirdilər ki, qalib gələk, lider olaq. Onların bu etirazlar da normaldır. Biz onlara hörmətlə yanaşırıq, ancaq söyüş söymək lazım deyil. Çünki biz onların futbolçularıyıq və nəticədən asılı olmayaraq, bizi dəstəkləməlidilər. Elə bir vəziyyət yaranıb ki, sanki çempionat qutarıb. Qarşıda bizi çətin çempionluq yolu gözləyir. Azarkeşlərimizin dəstəyinə son tura qədər ehtiyacımız var.
Məftun RƏSULZADƏ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu