"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 20-ci turunda Bakı "İnter"inə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- “İnter”i qələbə münasibətilə təbrik edirəm. Futbolçular çox əziyyət çəkdilər. İtkilərimiz çox idi. Buna baxmayaraq, futbolçuların üzərinə getməyimiz yaxşı olmaz. Çatışmazlıqlarımız var. Hələ çempionat davam edir. Hər oyuna qələbə üçün çıxacağıq.
- Son vaxtlar sanki “Qarabağ”da nəsə çatmır. Həmin boşluq Daninin yoxluğu ola bilər?
- Təkcə Dani yox. Son vaxtlar stabil heyətlə meydana çıxa bilmirik. Son oyunda Maksim zədə aldı. Bu gün oynaya bilmədi. Ağabala da zədələnmişdi. Dino 2 gün əvvəl məşqdə qapıçı ilə toqquşub huşunu itirdi. 2 gün xəstəxanada qaldı. Əfranın ailəsində ciddi problem var. İndi İstanbuldadır. Buna görə də heyəti tam formalaşdıra bilmirik. Hücum xəttində bu futbolçular olmayanda, düşündüyümüz oyun alınmır. Buna görə də oyunçuların üzərinə çox getmirəm.
- Azarkeşlərlə matçdan sonra Rəşad Sadıqov arasında dialoq oldu. Orada nə baş vermişdi?
- Epizodu görmədim. Amma azarkeşlər mənə də etiraz edirdilər. Transfer istəyirlər. Azarkeşlərin haqqına girə bilmərik. Biz bir ailəyik. Məğlub olmağı da bacarmalıyıq. Bundan düzgün nəticə çıxarmalıyıq. “Qarabağ” adının məsulliyyətini dərk edirik və işimizə ciddi yanaşırıq. Dünya futboluna baxsaq, ən böyük klublar da transferlərdə yanlışlıqlar olur. Məşhur məşqçilər də böyük hesabla məğlub olur.
- Bugünkü nəticə gözlənilməz idi?
- Xeyr, məğlubiyyəti hər oyun gözləyirik. Biz bu mövsüm “İnter”i məğlub edə bilməmişik. Oyunu əks hücumlar üzərində qurmuşdular. Premyer Liqadakı 7 komandanın hər biri ilə oyunda xal itirə bilərik.
- Gəncədəki oyunun nəticəsinin təsiri oldu?
- Xeyr. Bunun təsiri olmadı.
- "Qarabağ"dan ayrılaraq "Herakles"ə gedən Samuel Armenteros Hollandiyada yaxşı oyun göstərir. Sizcə, problem “Qarabağ”dadır yoxsa, ölkəmizin futbolunda?
- Bilmirəm problem kimdədir. Burda olanda hamı bu futbolçuları tənqid edirdi. Çempionatımız çox çətindir. Bizdə futbol mentaliteti fərqlidir. Bizdə futbolçulardan, komandadan daha çox nəticə tələb olunur, nəinki Hollandiyada. Orada futbolçular daha sərbəstdilər.
- Şəhidlər Xiyabanına getməyiniz alqışalayiq hərəkətidir. Futbolçuların ora gəlməməyinin səbəbi nə idi?
- Biz hər klub rəhbərliyi ilə birlikdə futbolçulara bu hadisələrlə bağlı həm azərbaycanca, həm də ingiliscə məlumatlar veririk. Düşünməzdim ki, futbolçuların orada olmaması etiraza səbəb olsun. Biz heç vaxt istəmirik ki, insanlara xoş gəlmək üçün üzdə olaq. Mən demək istəmirəm ki, nə qədər insanlara yardım olunub. Bunları ictimailəşdirmək istəmirik. Əgər bunları ictimailəşdirmiriksə, o demək deyil ki, heç nə etmirik.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı