"Almeyda 5 ildir Azərbaycan futboluna xidmət edən bir insandır. Onun Azərbaycanda bu qədər oynaması çox şeydən xəbər verir. Deməli, onun insani keyfiyyətləri də yerindədir".
Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın milliləşdirilməsinə münasibət bildirən yığmamızın sabiq baş məşqçisi bu addımın futbolumuzun xeyrinə olacağını bildirib: "Hesab edirəm ki, Almeyda millimizə güc, oyunlara rəng qata bilər. Komandada rəqabətin artmağı ancaq futbolumuzun xeyrinədir. Komandada sağlam rəqabəti artırmaq üçün işlər görülür. Hər mövqedə bir neçə səviyyəli futbolçu olmalıdır. Bununla lazım olan nəticəni qazana bilərik”.
V.Sadıqov Almeydanın "Qarabağ"dakı liderlik keyfiyyətlərini milli komandada da nümayiş etdirəcəyini gözlədiyini qeyd edib: "İstər-istəməz ondan bunu gözləyirik. Ancaq indidən nəsə demək çətindir. Çünki futbol komanda oyunudur. Hər halda Almeyda 5 ildir "Qarabağ"ın ən yaxşıılarındandırsa, deməli, yığmada da bu işini davam etdirə bilər. O, buna qadirdi. Almeyda ilə rəqabət aparan futbolçular da inkişaf edəcəklər. Bütün bunların da millimizə ancaq xeyri dəyəcək. Almeyda elə bir futbolçudur ki, bütün sınaqlardan keçib”.
Bəzi ölkələrdə əcnəbi futbolçunun milliləşdirilməsi birmənalı qarşılanmır. V.Sadıqovun fikrincə isə Almeyda artıq Azərbaycan ənənələrinə uyğunlaşıb: "Almeyda digər milliləşdirilən futbolçular kimi deyil. O, elə-belə milliyə dəvət olunmur. Almeyda 5 ildir gözümüzün qabağındadır. Demək olar ki, ənənələrimizi qəbul edib. Daim bizimlə yaşayan bir futbolçudur. Buna görə də Azərbaycan futboluna xidmət etmək istəyən bir oyunçuya imkan yaratmalıyıq. Bunu dəstəkləmək lazımdır. Almeyda digər futbolçulara da nümunə olmalıdır ki, Azərbaycan pasportu heç kimə elə-belə verilmir. Almeyda Azərbaycan millisinə layiq olduğunu sübut edib”.
V.Sadıqov Almeydanın yerli futbolçulardan güclü olması fikri ilə razılaşmadığını vurğulayıb: "Gəlin, indidən onun kimdənsə güclü olduğunu deməyək. Çünki Almeyda birinci güclü olduğunu millidə də göstərməlidir. Millinin qapısı kiməsə açılırsa, o demək deyil ki, həmin futbolçu daim oynayacaq. Futbolçu hər oyunda özünü sübut etməlidir. Əgər Almeyda milliyə dəvət olunubsa, o, buna layiq olduğunu öz oyunu ilə sübut etməlidir".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı