Almeyda millimizdə oynamağa razılıq verdi

Almeyda millimizdə oynamağa razılıq verdi
ÖLKƏ FUTBOLU 28 Fevral 2017 / 11:30 4755
-  A +

"Qarabağ"ın futbolçusu Riçard Almeyda AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
 
Qol.az-ın AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçu federasiyanın mənzil qərargahında keçirilən görüşdə Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib.
 
Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner